İT gündəmdə nə var, nə yox?

28-09-2015 / 11:26

Xəbərlər İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı sentyabrın 21-də təqdim etmişdi.

Ötən həftə İKT sektorunun marağını cəlb edən əsas məlumat Delta Telecom şirkətinin mobil rabitə xidməti göstərməsi olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada maraq doğuran hadisələrdən biri Skype servisində problem yaranması və proqramın bəzi platformalarında olan versiyalarının işləməməsidir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun növbəti iclasında 3-cü qrant müsabiqəsinin elan olunacağı tarix açıqlandı.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Gələn ay keçiriləcək parlament seçkilərində şəffalığı qorumaq məqsədilə seçki məntəqələrində veb-kameralar quraşdırılacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycan milli axtarış sistemini yaradır.
Milli axtarış sisteminin yaradılmasında məqsəd ilk növbədə ölkənin informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsidir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“Elektron hökumət”in inkişafı istiqamətində atılan sevindirici addımlardan biri də Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistemin hazırlanmasıdır.
Bu xidmər vasitəsilə insanlar bazara getmədən istənilən məlumatı portaldan əldə edə biləcəklər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xəbər verdiyimiz kimi, “Microsoft Office 2016” sentyabrın 22-dən dünyanın bəzi yerlərində o cümlədən Azərbaycanda da istifadəyə verilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə bütün dünyanın aylardır gözlədiyi iPhone 6s və iPhone 6s Plus smartfonları satışa çıxarıldı.
Hər iki model  ötən həftə  ən böyük Apple Store mağazasında satışa təqdim olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Həftəsonu aldığımız üzücü xəbər Aztelekom MMC-nin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayevin intiharı hadisəsidir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Dünən dünyanın ən böyük axtarış sistemi olan Google-un 17 yaşı tamam oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə