Ötən həftə İKT sahəsində baş verənlər

30-11-2015 / 14:15

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 

Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı noyabrın 23-də təqdim etmişdi.

Ötən həftənin rəsmi xəbərlərindən və cəmiyyətdə maraqla qarşılanan mövzulardan biri Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunmasıdır.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Delta Telecom-dakı yanğının səbəbləri ilə bağlı bütün media nümayəndələri maraqlanırdı. Xeberler.az bu məsələyə ilk münasibət göstərən media qurumlrından biridir. Ötən gün məsələ ilə bağlı Delta Telecom-un baş direktoru Ramazan Vəliyev həqiqətən də yanğının MTN-nin buradakı Data Mərkəzində (Dinləmə və izləmə Mərkəzində) baş veridiyini bildirib.

Eyni zamanda etiraf olundu ki, digər provayderlərdə də, mobil operatorlarda da MTN-nin bu tip avadanlıqları quraşdırlıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Baş Prokurorluğun MTN əməkdaşlarının gizli olaraq telefon danışıqlarını dinləməsi ilə bağlı yaydığı məlumat mediada ciddi müzakirələərə səbəb oldu.

Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Rabitə və Yüksək Texnologiyaları nazir müavini Elmir Vəlizadə və sərgi təşkilatçılarının iştirakı ilə Bakutel ilə bağlı mətbuat konfransı keçiriləcək.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Azərbaycanda mobil ödəmə sistemlərindən istifadənin hazırki vəziyyətini nəzərə alaraq  bunun inkişafına maneə olan problemlərin və onları aradan qaldırmağın yolları ilə bağlı ekspertlərlə söhbət etdik. 

Sosial mediada maraqla qarşılanan məqam nağdsız ödənişlərə imkan verən sistemlərin ölkəmizdə niyə hələ də mobilləşməməsi ilə bağıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycanda uzun müddətdir keçirilən Milli Net müsabiqəsinə saytların qeydiyyatı başa çatıb.

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Hazırda münsiflərin qiymətlndirməsi gedir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ölkəmizdə İKT sahəsinin inkişafı istiqamətində atılan addımlardan biri də  “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb.

Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur.
Daha ətraflı məlumatı  buradan əldə edə bilərsiniz.

İKT sahəsində önəmli rola malik sahələrdən biri “Digital Marketing” üzrə növbəti Masterclass keçirilir.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə maraqla qarşılanan mövzulardan biri də dövlət qurumlarının açıq məlumatlarını data.gov.az portalına tam şəkildə yerləşdirməməsi ilə bağlıdır.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Məlumat verdiyimiz kimi, Milli Net 2015 müsabiqəsinə saytların qeydiyyatı başa çatdı. Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Hələlik müsabiqəyə 291 sayt qəbul edilib. Hazırda müsabiqəyə hazırlıqlar davam edir.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na davam edir. Məsələ ilə bağlı ekspertlerin də rəyləri oldu.

Daha ətraflı məlumat buradan əldə edə bilərsiniz. 

Sevinc Çəltikova 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə