İT gündəm ötən həftə nə ilə yadda qaldı?

10-08-2015 / 12:45

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı avqustun 3-də təqdim etmişdi.

Ötən həftə hamının diqqət mərkəzində olan məqam nazir Əli Abbasovun jurnalistlərə verdiyi “Skype, Facebook və WhatsApp lisenziyalaşdırılmalıdır”açıqlaması oldu. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Gündəmin əsas mövzularından biri də, KİV-in və dövlət qurumlarının marağına səbəb olan dövlət qurumlarının onlayn şəffaflıq vəziyyətinin açıqlanması oldu.
Multimedia Mərkəzi informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Hesabatını və Reytinq  Cədvəlini ictimaiyyətə təqdim edib. 
Daha ətraflı məlumatı 
buradan əldə edə bilərsiniz.

Ötən həftə yeni BakıKartların istifadəyə veriləcəyi barədə məlumat KİV-də və sosial şəbəkələrdə diqqət cəlb edən xəbərlərdən oldu. 
Xəbər verdiyimiz kimi, BakıKart və BakıKart Məhdud istifadə üçün kartlarından BakuBus MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xəbər verdiyimiz kimi  ötən günlərdə Almatıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan milli komandası da iştirak edib. Qeyd edək ki, elə həmin vaxtda 2019-cu ildə beynəlxalq yarışmanın Bakıda təşkil olunacağı da qərarlaşdırılıb. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı.
Final mərhələdə Azərbaycanı təmsil edən “NoObs” komandası ikinci yerə layiq görülüb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Daha bir diqqət çəkən  xəbər isə  İnformatikanın ləğvi ilə bağlı Təhsil nazirinin əmrinin saytdan çıxarılması olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT sahəsində baş tutan maraqlı tədbirlərdən olan Seedstars World müsabiqəsi keçirilib.
Yarışda 12 yerli startap iştirak edib. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bir neçə ay sonra gündəmin əsas mövzusu olacaq parlament seçkilərinə hazırlıq işləri başlanıb. 
Ölkəmizdə keçiriləcək parlament seçkilərində məntəqələrin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə