Universal Çağrı Mərkəzi yaradılır

20-02-2015 / 15:18

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramına əsasən fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyəti ilə əlaqəli  məlumat almalarının təmin olunması məqsədilə “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi”nin yaradılması nəzərdə tutulub. 

Bu vəzifənin  icrası isə  Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və  digər aidiyyəti dövlət orqanlarına tapşırılıb.

 Xəbərlər-in məlumatına görə, Vergilər Nazirliyi tərəfindən  universial Çağrı Mərkəzinin yaradılması istiqamətində işlər artıq başa çatmaq üzrədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s nömrəli Sərəncamına uyğun olaraq  universial Çağrı Mərkəzinə qoşulmalı olan  Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondunda bu məqsədlə zəruri şərait yaradılıb, müvafiq otaqlar da  ayrılıb.

Vergilər Nazilriyi tərəfindən universial Çağrı Mərkəzinin yaradılması istiqamətindən uzun müddətdir ki çoxsahəli hazırlıq işlərinin aparıldığı bildirilirdi.

Artıq  universial Çağrı Mərkəzinin yaradılması  yekunlaşmaq üzrədir.  “Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin yaradılması prosesi Vergilər Nazirliyinin «195» Cağrı Mərkəzinin bazası əsasında həyata keçirilir.

Yaxın günlərdə Vergilər Nazirliyi tərəfindən  “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi” nin təqdimat mərasiminin keçiriləcəyi gözlənilir

 Məltəm Talıb

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə