Previous Next
Bağla

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019 17:27
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı və “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə  “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilir.

Bu müsabiqə zamanı iştirakçılartəxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

“AZCLOUD Hackathon 2019” müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat 1 iyul tarixindən başlayır və yarışmanın veb səhifəsində (www.h.azcloud.az/reg) sorğular qəbul olunur. “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırmalıdır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimal olaraq isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulmalıdır. Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirməlidir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat veriləcək. Komandalar  tapşırığın yerinə yetirilməsi üzərində işləyəcəklər və sonda komanda öz işlərini  izahlı təqdimat şəklində təqdim edəcək. 

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi üçün hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

AzInTelecom Hackathon keçirir

23-10-2018

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

13-09-2019

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

Proqramçılar yarışa çıxır

26-10-2018

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

07-07-2020

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020

Şəki INNOLAND-də ilk Hackathon keçirilib

25-07-2019

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilib

18-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə