Previous Next
Bağla

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020 18:29
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda 13-14 fevral tarixlərində baş tutmuş “Rəqəmsal İqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.

Xeberler.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə baş tutmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən “Azerbaijan Digital Hub” proqramını tədqim edib, müasir dövrdə rəqəmsal transformasiya prosesləri barədə geniş danışıb. Fuad Allahverdiyev rəqəmsallaşmanın cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyət kəsb etdiyini vurğulayıb. Fuad Allahverdiyev proqram çərçivəsində infrastruktur quruculuğu layihələri barədə danışıb, ölkə daxilində fiber-optik kabel xətlərinin çəkilməsi üçün Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihəni, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasıda Xəzərin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O bu layihələr sayəsində Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun formalaşacağını bildirib, “Digital Hub” proqramının son nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə keçirilib.

AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet
provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür.

Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə