AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Hiperkitap” rəqəmsal platformasından layihə müdiri İsmail İşleyen və əməkdaş Hilmi Oğuz ilə görüş təşkil olunub. Görüşün məqsədi əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılması, rəqəmsal kitabxana xidmətlərinin təkmilləşdirilməsi, elektron resursların beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsi olub.
Xeberler.az bildirir ki, bu barədə Mərkəzi Elmi Kitabxanadan məlumat verilib.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında qeyd edib ki, hər iki qurum arasında uğurlu əməkdaşlıq mövcuddur. Bu çərçivədə Mərkəzi Elmi Kitabxana tərəfindən mütəmadi olaraq göndərilən elektron nəşrlərin platformanın rəqəmsal kolleksiyasında yer alması, beləliklə daha geniş oxucu auditoriyasına çatdırılması qarşıya qoyulan prioritet istiqamətlərdəndir.
“Hiperkitap” nümayəndələri MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və MEK-in Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri vəzifəsini icra edən, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanovun müşayiəti ilə kitabxananın müxtəlif şöbələrində olublar. Qonaqlar kitabxanada rəqəmsallaşdırma, elektron resursların hazırlanması və idarə olunması istiqamətində görülən işləri yerində izləyiblər, tətbiq olunan qabaqcıl təcrübələr haqqında məlumat alıblar. Həmçinin elektron kitabxana sistemlərinin inkişafı, müasir kitabxanaçılıq yanaşmaları, rəqəmsal informasiya resurslarının idarə olunması, beynəlxalq standartlara uyğun PDF formatlı elektron nəşrlərin kitabxana sistemlərinə inteqrasiyası və istifadəçilərə təqdim edilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində İsmail İşleyen rəqəmsal vəsaitlərin strukturlaşdırılması və idarəsi, axtarışının asanlaşdırılması və sistemli şəkildə arxivlənməsi prosesi, onlardan səmərəli istifadə mexanizmləri və bu sahədə tətbiq olunan qabaqcıl təcrübələr, habelə müəllif hüquqlarının qorunması barədə ətraflı məlumat verib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları