Previous Next
Bağla

“MyLift” platforması yaradılıb

29-01-2026 11:12
“MyLift” platforması yaradılıb

Yanvarın 29-da Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə tərəfdaşlığı ilə hazırlanan “MyLift” rəqəmsal platformasının rəsmi təqdimatı keçirilib.

Xeberler.az məlumat verir ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov çıxışında lift təhlükəsizliyinin vacibliyindən danışıb, bu qurğuların hər bir istifadəçisinin həyatını etibar etdiyi mexanizm olduğunu vurğulayaraq, FHN-in fəaliyyətində insan təhlükəsizliyinin təmin edilməsinin prioritet sayıldığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, “MyLift” platforması sadəcə bir proqram təminatı yox, həm də lift təsərrüfatında idarəetmə fəlsəfəsinin köklü transformasiyasını özündə ehtiva edir.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə layihənin sahibkarlıq mühitinə təsirindən danışıb. O, sözügedən platformanın lift təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün şəffaf və ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcəyini qeyd edib. Bundan əlavə, Z.Qardaşov rəqəmsallaşmanın həm dövlət nəzarətini asanlaşdırmasından, həm də sahibkarların fəaliyyətini daha proqnozlaşdırıla bilən etməsindən danışıb.

AISA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə platformanın texniki imkanlarından söz açaraq, reaktiv modeldən proaktiv modelə keçid edildiyini, platformanın liftlərin texniki vəziyyətinin real vaxt rejimində monitorinqini təmin etməklə yanaşı, risklərin erkən mərhələdə, problemin kəskinləşməmiş aşkarlanmasına imkan yaratdığını vurğulayıb.

Açılış nitqlərindən sonra platforma interaktiv formatda təqdim olunub. Bildirilib ki, “MyLift” platforması ölkədə lift təhlükəsizliyi sahəsində mövcud nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması və mərkəzləşdirilmiş idarəetmə modelinə keçidi təmin etmək məqsədilə yaradılıb. Sistem liftlərin texniki vəziyyətinin real vaxt rejimində monitorinqini, potensial risklərin erkən mərhələdə aşkarlanmasını, nəzarət proseslərinin sistemləşdirilməsini və qərarvermə mexanizmlərinin optimallaşdırılmasını təmin edir.

Platforma lift təsərrüfatı ilə məşğul olan qurumlar, idarəetmə şirkətləri və nəzarət orqanları üçün vahid məlumat bazasına əsaslanan şəffaf işləmə mexanizmi yaradır. Bu yanaşma texniki nəzarətin şəffaflığının artırılmasına və vətəndaşların təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edir.

Sahə mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə daha sonra lift təhlükəsizliyi ilə bağlı institusional müzakirələr aparılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-də AVESİS platforması təqdim olunub

29-10-2025

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!

31-01-2025

XRİTDX: İnformasiya təhlükəsizliyi üzrə risklər reyestri fundamental əhəmiyyətlidir

26-12-2025

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026

İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edilib

12-02-2026

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

26-12-2025

Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

19-08-2015

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023

Azərbaycanda "Roblox"un fəaliyyəti məhdudlaşdırıla bilər

19-03-2026

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

07-03-2025

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

14-09-2021

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025

Bu qurumlar bank sektorunu kibertəhlükələrdən qoruyacaq

18-12-2017

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021

“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

02-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə