Previous Next
Bağla

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021 17:28
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Təəssüf ki, hər bir cəmiyyətdə təzyiqlə üzləşən, sıxılan, hüquqları pozulan uşaq və yeniyetmələrə rast gəlmək olur. On bir ildən artıqdır ki, Azercell-in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi məhz müxtəlif çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir.

Xidmət cari ilin yanvar-may ayları ərzində 2386 müraciəti cavablandırıb. Müxtəlif sahələrlə bağlı daxil olan zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi olub.

“Uşaq Qaynar Xətt” xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edir. Belə ki, yanvar-may aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaşdan yuxarı, 506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075- i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada müraciətlər edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34 ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri” mövzusunda canlı yayım, yeniyetmə və gənclər üçün “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” vebinarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bu müddət ərzində uşaq və yeniyetmələr üçün “Klinik Müsahibələr”, eləcə də "Uşaqlar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili" təlimləri baş tutub. “Uşaq Qaynar Xətt” xidmətinin iştirakı ilə həm də ZOOM platformasında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.

Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt”xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qorxma, biz səninləyik!

05-10-2018

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə