Previous Next
Bağla

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015 13:00
Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

Xəbər verdiyimiz kimi, noyabrın 16-da ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın baş vermişdi. Bunun da nəticəsində ölkədə 6 saat müddətində internet olmamışdı.

Məlumat verildiyi kimi, baş vermiş hadisə zamanı zərər dəyən avadanlıqların yenisi ilə əvəz edildiyi və infrastrukturun yeniləndiyi bildirilirdi.

Bu istiqamətdə Delta Telecom tərəfindən fəaliyyətlər davam edirdi.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq Delta Telecom bərpa ilə bağlı işləri tam olaraq başa çatdırıb və bütün avadanlıqlar yenilənib.

Yeni quraşdırılan avadanlıqlar və sistem testdən keçirilib.

Şirkətdən bildirilib ki, gələcəkdə bu tip problemlərin bir daha təkrarlanmaması üçün ölkəyə daxil olan trafikin paylanılması sistemi də yenidən qurulub. Belə ki, bir neçə alternativlər, ehtiyat sistemlər hazırlanıb. Həmçinin ölkəyə daxil olan internetin birbaşa regionlardan ölkəyə paylanılmasını təşkil etmək üçün bir neçə bölgədə də alternativ Data Mərkəzləri yaradılıb.

Məlumatda qeyd edilib ki, bu Data Mərkəzlər Delta Telekom şirkətinin əsas paylayıcı hissəsindən asılı olmayaraq da ölkəyə internet təminatını həyata keçirə biləcək.

Məlum olduğu kimi,  əvvəllər ölkəyə daxil olan internetin ölkə üzrə paylanılması bir nöqtədən həyata keçirilirdi. Bu məqsədlə qanunvericilikdə nəzərdə tutulduğu qaydada MTN tərəfindən yaradılan Data Mərkəzindən istifadə edildiyi və onun da alternativinin olmadığı bildirilirdi.

Həmçinin də regionlarda bu tip Data Mərkəzlərinin olmaması  regionlardan birbaşa internet təminatının həyata keçirilməsinə imkan vermirdi.

Delta Telecom şirkətindən Xeberler.az-a verilən məlumata görə, ölkəyə daxil olan və paylanılan internet trafiki üzrə infrastruktura kənar müdaxilələrin, kənar informasiya sistemlərinin və telekommunikasiya şəbəkələrinin qoşulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülüb.

Artıq şirkətin qarşısında yeni tələblərin qoyulduğu bildirilir. Belə ki, bu sistemə qoşulmaq istəyən qurumlar öz şəbəkələrini və infrastrukturnu Delta Telecom-un infrastrukturuna uyğunlaşdırmalıdır.

Delta  Telecom şirkətindən Xeberler.az -a bildirilib  ki, Azərbaycana dörd müxtəlif istiqamətlərdən, Avropa üzərindən, Türkiyə və Rusiyadan, digər ölkələrdən daxil olan internet trafikinin ölkə ərazisindəki bir neçə Data Mərkəzləri vasitəsilə, ehtiyat sistemlər vasitəsilə paylanılması üçün zəruri olan bütün işlər başa çatdırılıb.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi kəskin artıb

03-04-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

21-08-2025

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə