Previous Next
Bağla

Dövlət Fondunun müsabiqəsində qalib gələn startaplar nə üçün qrantlarını ala bilmirlər?

13-03-2015 15:51
Dövlət Fondunun müsabiqəsində qalib gələn startaplar nə üçün qrantlarını ala bilmirlər?

Məlum olduğu kimi, bir neçə ay əvvəl İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 2-ci qrant müsabiqəsində 129 İKT layihəsi iştirak edib. İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub.

Bu ilin yanvarında Müşahidə Şurası tərəfindən 30 layihənin qalib gəldiyi elan edilib və onların maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Lakin müsabiqədə qalib olan layihələr İT-in İnkişafı Dövlət Fondundan hələ də qrantlarını ala bilməyiblər.

Xəbərlər məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, mövcud qanunvericiliyinə görə qrant müqavilələri aidiyyatı dövlət qurumlarında qeydiyyatdan keçirilməlidir. Müqavilələr Fond tərəfindən aidiyyatı qurumlara təqdim edilməlidir. Qanunvericiliyə görə, şirkətlərin müqavilələri İqtisadi İnkişaf Nazirliyində, fiziki şəxslərin startap layihələrinin müqavilələri isə Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Məlum olub ki, müsabiqədə qalib olmuş layihələrin müqavilələri artıq xeyli müddətdir ki, hazırlanıb və qeydiyyat üçün Ədliyyə və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.

Lakin müqavilələr hələ də qeydiyyata alınmayıb. Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri, RYT Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüz Xəbərlər-ə bildirib ki, dövlət tərəfindən verilən qrant müqavilələri qeydiyyata alınmaları üçün aidiyyatı dövlət qurumlarına göndərilməlidir.

Müşahidə Şurasının qərarı ilə qalib elan edilən startapların layihələri də artıq xeyli müddətdir ki, Fondun aparatı tərəfindən hazırlanıb, aidiyyatı qurumlara da göndərilib.

Onun sözlərinə görə, müqavilələrin qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq qaydalar hazırlanmalıdır. Hələlik bu qaydaların hazırlanmadığı bildirilir. O , bununla bağlı ləngimələr olduğunu diqqətə çatdırıb. Osman Gündüz xeyli müddət davam edən bu ləngimələrin əslində xoşagəlməz olduğunu da diqqətə çatdırıb:

“Müsabiqədə qalib olan şirkətlər, layihələr bu məsələdən narahatdırlar. Onlar artıq qalib olduqları üçün işlərini xeyli qabaqcadan planlayıblar. Axı onlar da xeyli sayda mütəxəssislərlə müavilələr bağlayıblar. Fond tərəfindən, Müşahidə Şurası tərəfindən aparılan işlərdə, qaydalarda bu qədər ləngimələr nəzərdə tutulmayıb. Odur ki, xeyli müddətdir ki, qaliblər işə başlamaq üçün vəsait gözləyirlər. Bu məsələnin gecikdirilməsi xoşagələn deyil. Ümid edirik ki, mövcud problem yaxın vaxtlarda həll olunacaq və vəsaitlər qaliblərə ödənilməyə başlanacaq”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startaplara qrantlar verilməyə başlanıldı

Startaplara qrantlar verilməyə başlanıldı

02-06-2015
Növbəti qrant müsabiqəsi elan olunacaq

Növbəti qrant müsabiqəsi elan olunacaq

18-03-2015
Startapların qrantları nə vaxt veriləcək?

Startapların qrantları nə vaxt veriləcək?

15-04-2016
Startapların qrantları verilməyə başladı

Startapların qrantları verilməyə başladı

21-04-2016
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
Hüquqi şəxslərin qrantlarının verilməsinə başlanır

Hüquqi şəxslərin qrantlarının verilməsinə başlanır

05-11-2015
O.Gündüz qrant müsabiqəsi ilə bağlı etirazlara cavab verdi.

O.Gündüz qrant müsabiqəsi ilə bağlı etirazlara cavab verdi.

11-07-2014
Qrant alan startaplarla müqavilələr bağlanıb

Qrant alan startaplarla müqavilələr bağlanıb

25-10-2017
3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016
Hüquqi şəxslərin də qrantları veriləcək

Hüquqi şəxslərin də qrantları veriləcək

23-10-2015
Hüquqi şəxslərin qrant alması ilə bağlı qeydiyyat başa çatır

Hüquqi şəxslərin qrant alması ilə bağlı qeydiyyat başa çatır

09-12-2015
Sosial mediadakı aktivliyinizi necə ölçə bilərsiz?

Sosial mediadakı aktivliyinizi necə ölçə bilərsiz?

08-10-2015
Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

20-09-2017
Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

13-09-2017
Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

08-12-2015
3-cü qrant müsabiqəsinə  layihələrin qəbul şərtləri açıqlandı

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015
Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

21-08-2017
3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015
İT-nin İnkişaf Fondu qalib layihələri müəyyən edəcək

İT-nin İnkişaf Fondu qalib layihələri müəyyən edəcək

28-01-2016
Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015
Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

06-09-2013
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
Qrant müsabiqəsinin qalib startapları təqdimat edəcək

Qrant müsabiqəsinin qalib startapları təqdimat edəcək

02-11-2016
Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

20-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə