Hüquqi şəxslərin də qrantları veriləcək

23-10-2015 / 14:51

Bir neçə gün əvvəl Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda qrant verə bilən qurumların siyahası tam təsdiqlənib və bu işlərin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən 2-ci qrant müsabiqəsində qalib olan hüquqi şəxslərin qrantları bu günə qədər verilməmişdi.

Fond bu problemlə bağlı bildirirdi ki, müsabiqədə qalib gələn hüquqi şəxslərin qrant layihələri müəyyən səbəblərdən İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyata alınmır. Adı çəkilən Nazirlik isə yuxarıda qeyd  olunan siyahının təsdiqlənmədiyini əsas gətirərək layihələri qeydiyyata almırdı.

İT-nin İnkişafına Dəstək Fondundan Xeberler.az-a verilən məlumata görə, artıq siyahı təsdiqləndiyinə görə, yaxın vaxtlarda hüquqi şəxslərin qrantları veriləcək.

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.