Arxeoloqlar 13-cü əsrə aid mobil telefon tapdıqlarını iddia edirlər.
Xeberler.az-ın məlumatına görə, Avstriyada aparılan arxeoloji qazıntılar zamanı oyulmuş, üzərində şəkillərin olduğu bir daş tapılıb.
Bu, 13-cü əsr üçün adi görünsə də , əsas məsələ daşın eynilə 90-cı illərdə istifadə olunan mobil cihazlara bənzəməsidir.
Üzərində klaviatura olan və oyma üsulu ilə bu düymələrə çəkilmiş şəkillərə sahib olan bu daşın aparılan araşdırmalar nəticəsində həqiqətən də 13-cü əsrə, yəni 800 il əvvəlinə aid olduğu sübut edilib.
Ekrana, düymələrə, hətta birbaşa Nokia 3210-u xatırladan nəzarət düymələrinə sahib olan daşın üzərində qəribə simvollar də mövcuddur.
Dünyanın tanınmış UFO mütəxəssislərindən olan Daniel Munoz apardığı araşdırmalar nəticəsində düymələrin üzərində olan simvolların şumerlərə məxsus olduğunu bildirib.
Avstriyada tapılan bu obyektin şumerlərə aid olması məntiqsiz görsənsə də, güman edilir ki, ticarət sahəsində aktiv olan şumerlər bu yolla daşı Avstriyaya aparıb.
Sosial mediada xeyli səs-küyə səbəb olan bu tapıntının yad planetlilərə məxsus olduğu fikirləri də var.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri