“8K” formatlı televizorlar bazara çıxarılacaq

25-05-2015 / 12:26

Ekspertlərin proqnozuna görə, yeni nəsil “Ultra HD” formatlı televizorlar (8KTV) bazara 2018-ci ildə çıxarılacaq, onların kütləvi istehsalını Cənubi Koreya şirkətləri həyata keçirəcək, həmçinin dünyanın böyük televizor istehsalçıları 2018-ci ildə yeni bazar standartı kimi “8K” texnologiyasının tətbiqinə başlayacaq. Bu barədə “DisplaySearch” agentliyinin hesabatında deyilir.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ekranda horizontal təsvir ölçüsünün 8 min pikselə bərabər olduğu “8K” standartı təsvir ölçüsünün eninə 3840 piksel təşkil etdiyi “4K” formatını əvəz edəcək. “8K” standartında təsvirin dəqiqliyi hazırkı əsas “HD” standartı ilə müqayisədə 16 dəfə yüksək olacaq.  

Yüksək dəqiqliyə malik panellər (HD) 2000-2006-cı illərdə əsas displey hesab edilib. Ondan sonra isə 2006-cı ildə təqdim olunan və 2012-ci ilədək davam edən "Full HD” dövrü başlayıb. Agentlik bundan sonrakı dövr üçün 2012-ci ildə təşəkkül tapan və 2018-ci ilədək trend olacaq “4K”-nın əsas standart olacağını proqnozlaşdırır.  

Agentlik nümayəndələri həmçinin Cənubi Koreya istehsalçılarının 2016-cı ildə “8K” panellərinin kütləvi istehsalına başlayacağını gözləyirlər.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə