• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

SOSİAL MEDIA

  1. Ana səhifə
  2. AZNET
  3. SOSİAL MEDIA

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016 / 15:04

Son günlər cəbhə bölgəsində gedən döyüşlər zamanı ölkənin informasiya mühitində də ciddi aktivlik müşahidə olunurdu.

Belə ki, döyüşlər yalnız ön cəbhədə deyil, elə informasiya mühitində də gedir və əvvəlki  dövrlərlə müqayisədə informasiya müharibəsi daha da şiddətlənib.

Azərbaycana qarşı informasiya müharibəsi Ermənistan və onu dəstəkləyənlər tərəfindən müxtəlif informasiya resurslarından istifadə etməklə, həm də bir sıra xarici TV  kanalları vasitəsi ilə aparılır. 
Bəzən isə müşahidə edirik ki, sosial mediada, internet resurslarında da müxtəlif  yalan və çaşqınlıq yaradan məlumatlar yayımlanır.

Bəzən yerli media təşkilatları da ermənilərin bu təxribat yönümlü məlumatlarını ciddi xəbər olaraq yayımlayırdı.

Xeberler.az olaraq son bir neçə gündə cəbhə bölgəsində gedən döyüşlər zamanı ölkənin informasiya mühitində baş verənləri ekspertlərin rəyi ilə şərh etdik.

Azərbaycan İnternet  Forumunun rəhbəri, ekspert Osman Gündüz sosial medianın  fəaliyyətindən danışarkən bildirib ki , internet media və sosial media beynəlxalq və yerli ictimai rəyin formalaşdırılması və ictimai rəyə təsir baxımından, informasiya mənbəyi baxımından bir infrastruktur olaraq ( onlayn media qurumları, onlayn jurnalistlər, kadrlar, istifadə olunan texnologiyalar, operativlik və peşəkarlıq və s. faktorların mövcudluğu ) bir daha özünü təsdiq etdi:

“Sonuncu belə hal Avropa Oyunları zamanı olmuşdu. Son günlərdə olan hadisələrdə internet mediada özünütənzimləmə ən yüksək həddə idi. Dezinformasiyaların təkzibini rəsmi qurumlar yox, adi istifadəçilər, elə media qurumlarının özləri verirdilər”.

Ekspert qeyd edib ki, Azərbaycan internet məkanında informasiya təhlükəsizliyi yetərincə  qorundu.

Onun sözlərinə görə, bir neçə xırda epizodları çıxsaq,  ümumiyyətlə,  internet mühitinin, internet medianın  dayanıqlı fəaliyyəti təmin olundu:

“Ümumən götürsək, internet media qurumlarının rəhbərləri və İT komanda, onlayn jurnalistlər, sosial media fəalları bu bir neçə gündə həqiqətən də gərgin iş rejimində çalışdılar və yüksək fəallıq, vətənpərvərlik nümayiş etdirdilər. Sosial mediada elə insanlar vardı ki,  onların  bu 3-4 gündə yazdıqlarını bir yerə toplasaq, faydalı bir kitab, informasiya bazası əldə etmək olar. Ümumiyyətlə,  tam qətiyyətlə demək olar ki, internet media və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi, onların vuruşması informasiya cəbhəsindəydi”.

Forum prezidenti  sosial media mühitinin ictimai çəkisi, ictimai faydalılıq əmsalının xeyli artığını diqqətə çatdırıb:

“Sosial medianın, ictimai-sosial, mənəvi gücü, kütləvi təsir gücü artdı, onun virtual deyil məhz real güc mənbəyi olduğu təsdiqləndi. Məlum oldu ki, bununla nəhəng ictimai-sosial kampaniyalar təşkil etmək olar. Milli Orduya güclü bir ictimai dəstək təşkil olundu”.

Osman Gündüz deyib ki,   sosial media vətəndaş mövqeyi üçün imkan yaratdı, adi sıravidən tutmuş, jurnalistlər, ekspertlər, biznesmenlər, müəllimlər və s. hər bir vətəndaş hansısa formada fayda vermək istəyirdi və bu arzunun reallaşmasında ona real kömək edən həm də  sosial media, internet media oldu:

“Bununla da vətəndaşların dövlət idarəetməsində iştirakı daha da gücləndi. Elə ekspertlər, adi istifadəçilər oldu ki, bu 3-4 gündə onların yazdıqları statuslardan, tvitlərdən bir neçə kitab formalaşdırmaq olardı. Və bu 3 -4 gündə formalaşan informasiya bazasının içərisində hədsiz faydalı olanlar da yetərincədir”.

Ekspert  bu qısa müddətdə baş verənlərdən biz özümüzə dərs  götürməli olduğumuz məqamlara  da toxunub:

“Məlum oldu ki, biz hələ də öz informasiya mühitimizə yetərincə nəzarət edə bilmirik, vacib dövlət qurumları, xüsusilə də Müdafiə Nazirliyi  sosial mediaya yetərincə inteqrasiya etməyib, müxtəlif dillərdə olan milli kontentimizin istehsalı  yetərincə inkişaf etməyib. Qəzetlərə deyil, elə internet mediaya dövlət dəstəyi də təşkil olunsa idi,  daha böyük uğurlar əldə oluna bilərdi”.

Ekspert xarici kabel TV operatorların  və provayderlərin yayımladığı xarici  kanalların , o cümlədən də milli peykimizdən yayılan xarici kanalların da monitorinqinin aparılmasının vacibliyini bildirib.

Ekspert bütün bunlarla bağlı ölkədə yeni yaranmış mühitə uyğun olaraq, gözlənilən anti-Azərbaycan informasiya  hücumlarından qorunmaq və bu sahədə üstünlük əldə etmək üçün yeni bir informasiya siyasəti modelinin, milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya təhlükəsiziliyi konsepsiyasının da  hazırlanmasının vacibliyi qeyd edib.

İT üzrə eskpert  Vahid Qasımov informasiya müharibəsi zamanı dövlət saytlarının bəzilərində  problem olduğunu və bununla bağlı heç bir rəsmi açıqlamanın olmamasını problem olaraq qiymətləndirib.

Ekspert deyib ki,  bunları  nəzərə almasaq  ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər olmayıb:

“Bu gün ən böyük problem DDoS  hücumları və bunun qarşısının alınması , buna qarşı effektiv mubarizənin qurulmasıdır. Bu, çətin fəaliyyətdir. Dövlət qurumlarının rəsmi saytlarının təhlükəsizliyinə Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzarət edir.  Həmin qurum da son dövrlərdə fəaliyyətini gücləndirməyə çalışır. Əslində hər bir hücum təcrübədir. XDMX da  belə hücumlardan hər dəfə  yeni bir şey öyrənir və zəifliklərini düzəldir”.

Vahid Qasımov bu sahədə  ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu və bunun da çox qısa müddətdə mümkün olmadığını deyib:

“Əslində  baş verən informasiya təhlükəsizliyi problemləri ilə bağlı  bir ayda ciddi nəsə etmək olmaz. Yəni, bu  problemlərin qarşısını almaq üçün görülən tədbirlər uzunmüddətli  fəaliyyət ilə mümkündür.  Bu sahədə hazır İT mütəxəssislər olmalıdır, həmin mütəxəssisləri isə  yetişdirmək lazımdır. Bir -iki ayda,  bir neçə seminarda iştirak etməklə mütəxəssis  yetişdirmək mümkün deyil. Təhlükəsizlik  üzrə mütəxəssislər 5- 10 il bu sahədə işləyən adamlar deməkdir. Bunlar zamanla yetişəcək”.

İT eskpert  Müdafiə Nazirliyinin sosial mediada aktiv olmaması məsələsinə də  münasibət bildirib:

“Müdafiə Nazirliyi Facebook səhifəsini gec  yaratdı. Əvvəllər bu səhifənin niyə mövcud olmaması hələ məlum deyil. Nazirliyin saytında məlumatlar çox gec paylaşılır. Buna görə də media cəbhədə olan hadisələrlə bağlı  məlumatları 3-cü mənbədən alırdı. Hətta MN-də məlumatlar yalnız Azərbaycan dilində paylaşılırdı. Oradakı məlumatlar xarici ölkələr üçün xarici dildə yerləşdirilməli idi. Sonradan digər dillər də əlavə edildi. Amma burada məlumatların da düzgün tərcümə olunmamasında problemlər var.  Yəni, Müdafiə Nazirliyinin bu məsələlərə  də diqqət etməsi  sosial mediada dezinformasiyaların yayılmasının qarşısını almağa daha çox kömək edə bilərdi”.

Media üzrə eskpert Azər Həsrət Xeberler.az-a bildirib ki, sosial mediada son günlərdə olan aktivlik  ölkəmizin xeyrinədir və Azərbaycanda  ictimai rəy iki il əvvəl olduğu kimi ciddi yanlışlara yol verilmədi:

“Sosial mediadakı fəaliyyətimizlə biz dünyaya səsimizi çatdıra bildik. Yəni, sosial şəbəkələr üzərindən Azərbaycan seqmenti sadəcə Azərbaycan dilində yox, eyni zamanda ingilis, rus, türk və fərqli dillərdə geniş paylaşımlar etməklə dünya ictimai rəyini gerçəklərlə tanış edə bildik”.

Azər Həsrət  qeyd edib ki, son günlərdə informasiya müharibəsində əvvəlki illərə nisbətən  Azərbaycan cəmiyyətində çox az sayda problemlər müşahidə olunub.

Onun sözlərinə görə, bəzi media qurumları Ermənistanın anti-təbliğatını ciddi xəbər olaraq yayımlamağa meyil göstərib:

“Bəzi insanlar  Ermənistan seqmentinin paylaşdığı təbliğat materiallarına ciddi istinad edərək Azərbaycanın mövqelərinin zəif olduğunu iddia etməyə çalışdırlar. Amma onlara zamanında cavab verildi və bu gündə cavab verilir.  Bundan əlavə baş  verən hadisələri  özünün  məqsədləri üçün istifadə edənlər də oldu. Bunlar heç kimin tanımadığı,  Mətbuat Şurasında reket kimi dəyərləndirdiyimiz az sayda  internet saytları oldu. Həmin saytlar özləri də nə yazdıqlarının fərqinə varmadan ajotaj yaratmaq, insanların diqqətini cəlb etməyə çalışırdı”.

Ekspert  bildirib ki, bu kimi saytlar  yalan və şişirdilmiş  məlumatları yayaraq həm özlərinin həqiqətən mediaya ləkə olduğunu göstərmiş oldu, həm də ümumilikdə prosesə əngəl olmağa çalışdılar:

“Məlumdur ki, indi sosial mediadan çox istifadə edilir. Şəhidlər barədə də insanlar sosial şəbəkələrdən məlumat almağa çalışırdı. Bu zaman həmin əsgərlərin şəkillərini sosial şəbəkələrdəki profillərdən əldə edib və üzərinə öz loqosunu paylaşmaqla vicdansızcasına özlərini təbliğ etməyə çalışan media quurumları da oldu. Bu yolla özünü reklam edib, reytinq qazanmaq ən vicdansız hərəkət idi”.

Media üzrə ekspert qeyd edib ki,  Müdafiə Nazirliyi cəbhədə göstərdiyi  fəallığı internet üzərindən göstərə bilmirdi:

“ Bəlkə də MN  özü bu  fəaliyyətini məqsədyönlü şəkildə təşkil edib. Yaxud da başları döyüşə qarışdı və məsələnin bu tərəfini unutdular. Amma buna baxmayaraq sonradan nazirlik sosial mediada aktivliyini artırdı. Həmçinin, sosial media istifadəçilərinin aktivliyi bu boşluğu  doldurdu. Bu işin də peşəkarları və bu məsələ ilə məşğul olan təşkilatlar var. Dəfələrlə biz qeyd etmişik ki, ehtiyac olarsa,  bu yöndə Müdafiə Nazirliyinə kömək edə bilərik.  Son günlər Nazirliyin bütün rəsmi xəbərlərini sosial şəbəkələrdə aktiv paylaşırıq.  Həmkarlarımıza da çağrışlar edirik ki, yalnız nazirliyin  rəsmi xəbərlərini paylaşsınlar”.

Azər Həsrət bütövlükdə  bu prosesin yüksək səviyyədə,  məqsədyönlü həyata keçirildiyini diqqətə çatdırıb.

Ekspert gələcəkdə Müdafiə Nazirliyinin bu istiqamətdə daha da operativ fəaliyyət göstərməsi üçün təkliflərini  irəli sürüb:

“Müdafiə Nazirliyi  çox yaxın zamanda peşəkarların iştirakı və təklifi ilə bu yöndə ayrıca müzakirələr təşkil edib, müəyyən stratergiya hazırlamalıdır.Daha sonra  buna uyğun olaraq da sosial mediada informasiya müharibəsinin məsələləri öz əksini tapmalıdır”.

 Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

İnformasiya müharibəsini kim aparmalıdır?

04-04-2016

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

21-07-2015

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.