Sabahınız xeyir, Osman bəy. Həmkarım sizin nədən narazı olmağınız barədə ümumi məlumat verib. Mən isə sizin İnternetin tarif qiymətinin düşməsindən sonra sürətin nə səbəbdən aşağı düşməsini izah etmənizi istərdim.
Sözün doğrusu, mən İnternet qiymətlərində xüsusi enmə hiss etməmişəm.
Nəzərə çarpacaq dərəcədə olmasa da, qiymət düşüb axı?
Biz dəfələrlə demişik ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə İnternetin qiyməti 20-30 dəfə bahadır, Avropa ölkələrindən heç danışmırıq. Bu bahalıq içərisində keyfiyyətin də aşağı olması bizi narahat edir.
Artıq uzun müddətdir ki, Azərbaycan bazarında dözülməz vəziyyət hökmranlıq edir. Bu da Azərbaycana şöhrət gətirməyəcək problemə gətirib çıxarır. Sürətlə inkişaf edən ölkədə istifadəçilərin 70 faizi İnternetə qoşulmaq üçün Dial-Up-dan istifadə edir. Bu da bizim Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova müraciətimizin əsas səbəblərindən biridir. Burada normal infrastruktura və ab-havaya nail olmaq üçün köklü islahatlar aparılmalıdır. Indiyədək bizdə azad rəqabət mühiti yaranmayıb. Dövlətin ifrat inhisarlaşdırması hələ də davam edir. Məsələn, İnternet provayderlər dövlət resurslarından istifadə edir və buna görə, qanuni və qeyri-qanuni ödəmələr etməyə məcbur olur. Bu da nəticədə xidmət qiymətində öz əksini tapır. Qlobal şəbəkəyə qoşulmada inhisarlaşma da müşahidə olunur, bu da qiymətə təsir edən amillərdən biri də budur. Bir sözlə, söylədiyim kimi, nazirliyə müraciətimizin səbəbi İnternet bazarında olan dözülməz vəziyyətdir.
Ikinci səbəb RİTN-dən informasiya almağın çətinliyi və vətəndaş cəmiyyəti ilə nazirlik arasındakı qarşılıqlı münasibətlərdir. Belə demək mümkünsə, son vaxtlar konservatizm elementləri qarşılıqlı münasibətlərdə hədsiz dərəcədə artıb. Ümumiyyətlə, məktubumuzun əsasında nazirliklə vətəndaş cəmiyyəti arasında münasibətin normallaşdırılması, qanuna müvafiq olaraq nazirlikdən informasiyanın alınmasını təmin etməkdir.
Necə fikirləşirsiniz, nazir və ya müavinləri sizin məktubunuza operativ cavab verəcəklər?
Qeyd etməliyəm ki, 2004-cü ildən nazirliyin yaranmasından və hazırkı nazirin təyin olunduğu gündən etibarən nazirliyin fəaliyyəti, nazirin fərdi keyfiyyətləri bizi tam qane edirdi və münasibətlərimiz normal idi. Bizi hətta hakimiyyətlə vətəndaş cəmiyyəti arasında olan qarşılıqlı münasibətlərə nümanə kimi təqdim edirdilər. Deməliyəm ki, bu müddət ərzində kadr islahatları keçirildi və islahatlar nəticəsində konservativ tendensiyalar əmələ gəldi. Təsəvvür edin ki, Azərbaycan internet cəmiyyəti uzun müddət milli İnternet ünvanları ilə əlaqələrdə normal, internet cəmiyyəti mühitinin maraqlarına uyğun mühit yaranması üçün mübarizə aparıb.
Nazir də fəaliyyətinin başlanğıcında bu istiqamətdə iş görəcəyini söz vermişdi. Lakin bu gün qapalı rejimdə hansısa qanun və qaydaların qəbul olunduğunu görürük. Dünyanın heç bir yerində dövlətin milli İnternet-ünvanlarla, onların qeydiyyatı ilə məşğul olduğu təcrübəyə rast gəlinmir. Indi isə mən nazir müavini Elmir Vəlizadənin müsahibəsini oxuyanda görürəm ki, hökumət artıq milli İnternet-ünvanlar, onların qeydiyyatı ilə məşğul olur və bu barədə bəyanat yayır. Bu İnternet cəmiyyəti üçün ağlasığmazdır, biz neçə il mübarizə aparmışıq və demokratik imicli nazir gələn zaman cəmiyyət İnternetin inkişafı ilə bağlı suallarla kənarda qalır, hökumət strukturları isə bunu öz nəzarəti altına alır.
Bunun səbəbləri nədir, iki versiya var, islahatlar inhisarlaşma ilə bağlıdır yoxsa dinləyicilərdən birinin yazdığına görə, Azərbaycan totalitar ölkədir və onun İnternet sürəti onu nəzarət altında saxlamaq üçün aşağıdır?
Bizə tez-tez bu tipli suallar verilir. Deyə bilərəm ki, burada iqtisadi maraqlar, siyasi və ideoloji maraqlardan üstündür. Məncə, böyük gəlir əldə etmək üstünlük təşkil edir. Hələ ki, Azərbaycan İnternetində dövlət səviyyəsində siyasi və ideoloji senzura yoxdur.
Burada çox ehtimal ki, tərəflərin iqtisadi, inhisarlaşma maraqlarına toxunulub. Özünüz mühakimə edin, əgər İnternet qonşu ölkələrdən 20-30 dəfə bahadırsa, burada söhbət böyük iqtisadi maraqlardan gedə bilər.
Birbaşa deyək ki, mənim müşahidələrimə görə, nazir normal mühit yaratmaq istədi, amma alınmadı.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri