Previous Next
Bağla

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019 10:26
Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

 “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYTN) nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə fikirləri əsassız hesab edib və bununla bağlı mətbuata açıqlama verib. Adambaşına düşən orta internet sürətini açıqlayan beynəlxalq quruma müraciət edənlərin də ancaq aşağı sürətli internet istifadəçiləri olduğunu bildirib. Bu cür absurd və əsassız , məntiqsiz bir açıqlama gözləmirdim”. 

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “facebook” səhifəsində qeyd edib.

“Fikriləşirdim ki, yəqin bu cür biabırçı göstəriciləri infrastruktur və ya maliyyə problemləri ilə izah edəcəklər. Tam səmimi deyirəm dövlət məmuru bilərəkdən , qəsdən, güman ki “yuxarıları” aldatmaq üçün yalan danışır. Düşünürəm ki, bununla da ən azı dövlət qulluqçusunun etik kodeksinin də tələblərini pozur. Ümid edirəm bu sahə ilə əlaqəli qurumlar yalan məlumatlar verdiyinə görə məmur haqqında ölçü götürəcəklər”,-deyə O. Gündüz əlavə edib.

O. Gündüzün sözlərinə görə, görünən dağa bələdçi lazım deyil: “Heç Cable qurumu bunu ölçüb açıqlamasa da, bütün internet istifadəçiləri, biz və elə NRYTN özü də real sürətin neçə olduğunu dəqiq bilir. Bəzi özəl provayderlərin təklif etdiyi azsaylı fiberoptik istifadəçiləri çıxmaq şərtilə, böyük əksəriyyət istifadəçilər keyfiyyətsiz və aşağı sürətli internetdən istifadə edirlər. Ən azı ölkədə cəmi iki magistral provayder var, onların da ölkəyə gətirdikləri internet trafiklə bağlı hər şey aşkardır. Mobil operatorların da istifadəçilərə satmaq üçün istifadə etdikləri dəqiq bilinir. Odur ki, bu məlumatları götürüb, internet istifadəçilərin sayını nəzərə alıb, ortalama sürəti dəqiq olaraq əldə etmək çətinlik yaratmır”.

O. Gündüz vurğulayıb ki, əgər nazirlik internet bazarının 65% -nə nəzarət edən, özünün iki dövlət provayderinin hər iki magistral provayderdən aldığı internetin sürətini və müştərilərinin sayını açıqlasa, orta sürətlə bağlı olduqca gülünc bir rəqəm alınacaq: “Digər tərəfdən uzağa getmək lazım deyil, elə NRYTN-nə tabe olan dövlət opetarorlarının rəsmi saytlarına baxanda görmək olar ki, hansı sürətlər təklif olunur. Həmin sürətlər artıq qonşu ölkələrin əksəriyyətində ümumiyyətlə yoxdur.

Təkar edirəm, hörmətli nazir müavini, sizin kütləvi olaraq təklif etdiyiniz 1 Mb/s, 2 Mb/s, 3 Mb/s sürətlər artıq 5-6 ildir ki bizə qonşu olan ölkələrdə yoxdur. Və sizin bu sürətlər üçün müəyyən etdiyiniz tariflərlə qonşu ölkələrdə 10 dəfə artıq sürət əldə etmək mümkündür. Regionlarımızda istifadəçilərin böyük əksəriyyəti də məhz bu sürətlərdən istifadə edir. Onu siz “çəkidə aldatmaqla ” verirsiniz. Cable-də bunları çox gözəl bilir”.

O. Gündüz qeyd edib ki, regionlarda ümumiyyətlə internet yoxdur demək daha doğru olar: “Sizin ADSL texnologiya ilə verdiyiniz sürətlər ibtidai səviyyədədir, bu texnologiyanın özü də da artıq qonşularımızda arxivə verilib. Özəl provayderlər də artıq məlum olduğu kimi NRYTN-nin AzTelekom qurumu tərəfindən regionlardan tam sıxışdırılıb çıxarılıb. Hörmətli nazir müavininə təklif etmək istərdim ki, ciddi, ağlabatan bir açıqlama üçün, birgə komissiya yaradaq və müxtəlif texnologiyalar ilə müxtəlif ərazilərdə internet sürətini ölçüb, cəmiyyətə açıqlama verək. Yoxsa havadan, rəhbərliyə xoş gəlmək üçün verilən açıqlamalar düşünürəm ki, real vəziyyəti əks etdirmir. Bir daha çox təəssüf edirəm ki, yüksək vəzifə tutan məmurlar cəmiyyəti çaşdırmağa yönəlik açıqlamalar verirlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Ekspert: İnternet qiymətləri endirilib, əlçatanlığı isə yoxdur

23-09-2021

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

Ekspert: Provayderlər vəziyyəti nəzərə alıb ödənişlərdə güzəşt etməlidir

05-11-2020

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Ekspert bloklanan saytlardan danışdı

19-07-2019

Çəkidə aldadan internet şirkətləri

10-07-2019

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə