“Apple” şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır.
Xeberler.az məlumat verir ki, şirkətin yeni patentinə əsasən, bu cihazlarda sensorlu düymələr reallaşdırılacaq. Belə ki, düymələr cihazların gövdələrində lazım olduqları zaman ortaya çıxacaqlar.
Sensorlu düymələrin yerləşəcəkləri yerlərdə işıq keçiriciliyinə sahib mikroperforasiyalar olacaq. İstifadəsi lazım olduğu zaman onlar işıq saçacaqlar və istifadəçi barmağını hara toxundurmalı olduğunu anlayacaq. Belə ki, sensorlu düymələr fiziki analoqlardan geri qalmayacaq, toxunuşlara və klikləmələrə reaksiya verə biləcəklər.
İstifadəsi lazım olmadıqda həmin düymələr sönəcək və gözə görünməyəcəklər. Şirkətin fikrincə bu cür texnologiyadan istifadə imkanları çox genişdir. Bu tip düymələr müxtəlif bildirişləri də əks etdirə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri