Aprelin 26-da Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan “Ariane” raketdaşıyıcısı iki orbital aparatla start götürüb. “Arianespace” şirkətinin məlumatına görə, bu, “Ariane” ailəsinin 1979-cu ildən başlayaraq 222-ci buraxılışıdır.
Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, birinci “THOR 7” peyki “SSL” (Space Systems/Loral) şirkəti tərəfindən Norveçin “Telenor Satellite Broadcasting” şirkəti üçün yaradılıb və Baltik, Norveç, Şimali, Qırmızı və Aralıq dənizlərində rabitənin təmini üçün nəzərdə tutulub. Peyk həmçinin Mərkəzi və Şərqi Avropaya televiziya və radioyayım xidmətlərinin göstərilməsini həyata keçirəcək.
“Thales Alenia Space” şirkəti tərəfindən yaradılan ikinci aparat - "SICRAL 2” hərbi peyki Fransa və İtaliya silahlı qüvvələrini telekommunikasiya rabitəsi ilə təmin edəcək, eləcə də NATO üçün ehtiyat rabitə qismində istifadə olunacaq. “THOR 7” raketdaşıyıcısından startdan sonra 28-ci dəqiqədə, "SICRAL 2” 34-cü dəqiqədə ayrılıb.
Bu start “Arianespace”in 2015-ci ildə həyata keçirdiyi üçüncü buraxılış olub.
Əsas rəqiblərinin "SpaceX” və “Roskosmos” şirkətlərinin olduğu “Arianespace” dünyanın süni Yerətrafı peyklərin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindən biridir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri