Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil qərargahında “Qlobal Cənubda idarəetmənin gələcəyi üçün bacarıq və yeni düşüncə tərzlərinin təşviqi” mövzusunda olan tədbirdə çıxışçı qismində iştirak edib.
Xeberler.az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sözügedən tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, Afrika Qiymətləndirmə Mexanizmi və Afrika İctimai İdarəetmə və Menecment Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Əsas məqsəd müxtəlif dövlətləri təmsil edən qurumların qlobal səviyyədə dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni bacarıqlar və düşüncə tərzlərinin təşviqinə yönəlmiş təşəbbüslərini önə çıxarmaq, Qlobal Cənub ölkələri arasında təcrübə mübadiləsini gücləndirmək olub. Eləcə də, dövlət xidmətlərində bacarıq və düşüncə tərzlərinin inkişaf etdirilməsi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dəstək vermək prioriet təşkil edib.
Tədbirdə “ASAN xidmət” təcrübəsi, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, eləcə də, müvafiq sahələr üzrə əldə olunan ən son nailiyyətlər iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin cari ilin iyun ayında “ASAN xidmət”in BMT-nin və Afrika İttifaqının birgə təşkilatçılığı ilə Efiopiyada keçirilmiş “Dövlət Xidmətlərinin Göstərilməsində İnnovasiyalar” mövzusunda Afrika Regional Forumunun əsas nəticələri diqqətə çatdırılıb.
Səfər çərçivəsində BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin bölmə rəhbəri ilə görüşdə ötən ilin noyabr ayında imzalanmış Töhfə Sazişinin icrası istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kabinet işləri nazirinin müavini ilə görüşdə Dövlət Agentliyi ilə BƏƏ-nin müvafiq qurumu arasında həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları