Previous Next
Bağla

Avropa Komissiyası sosial şəbəkələrə sərt nəzarətin tətbiqini müzakirə edir

27-01-2021 11:14
Avropa Komissiyası sosial şəbəkələrə sərt nəzarətin tətbiqini müzakirə edir

“Biz böhrandan nəticələr çıxarmalıyıq və öyrənməliyik. Biz həyat tərzimizi dəyişməliyik, dəyər verdiyimiz işləri qoruyub saxlamaq üçün işlər görməliyik”.

Xeberler.az bildirir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Davos şəhərində Dünya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, təbiətimizi qorumalıyıq: “Əgər təcili olaraq təbiətimizi, ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik”.

Ursula fon der Leyen həmçinin əlavə edib ki, biz rəqəmsal dünyanın qaranlıq tərəflərinə də toxunmalıyıq: "Bu ilin yanvarın 6-da ABŞ Konqres Binasına hücum hər kəs kimi mənə də sarsıntı yaratdı. Biz demokratiyamızı daha da inkişaf etdirməliyik və qurumlarımızı dezinformasiyalardan və şiddətə təhrikdən qorumalıyıq. Avropa Komissiyası "Twitter" və "Facebook" kimi rəqəmsal şirkətlərə daha sərt nəzarət tətbiq edəcək yeni qanunlara sahibdir. Yeni qanunvericilik iki il ərzində qüvvəyə minə bilər, qanunla bu şirkətlərin qarşısında alqoritimlərin açılması tələbi qoyula bilər, bu isə həmin şirkətlərin biznes modellərini risk qarşısında qoyur. Onlayn platformaların iş modeli təkcə azad və ədalətli rəqabətə deyil, həm də demokratiyamıza təsir göstərir. Buna görə də bizim böyük digital şirkətlərin hədsiz gücünü nəzarətdə saxlamağa ehtiyacımız var”.

O həmçinin yeni ABŞ rəhbərliyindən Avropa Birliyi ilə texnoloji tənzimləmə mövzusunda birgə əməkdaşlığa çağırıb.

Xatırladaq ki, dünən Davos şəhərində Dünya İqtisadi Forumu onlayn formatda işə başlayıb. Forum yanvarın 25-dən 29-dək davam edəcək. Tədbir iştirakçıları koronavirus pandemiyası fonunda sahələrin transformasiyasını, texnologiyaların inkişafını, qlobal əməkdaşlığı və iqlim dəyişikliyini müzakirə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb

18-07-2022

Avropa Komissiyası üz tanıma texnologiyasından istifadəni sərtləşdirəcək

23-08-2019

AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

11-02-2025

Aİ ölkələri sosial şəbəkələrdə məhdudiyyətini nəzərdən keçirir

25-10-2025

Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

22-01-2018

Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər müzakirə edilib

18-01-2024

Avropa Birliyindən sosial şəbəkələrə son xəbərdarlıq

29-09-2017

Azərbaycan bu ölkələrlə “yaşıl enerji” üzrə saziş imzalayıb

17-12-2022

ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır

23-04-2025

Avropa Komissiyası "Google"qarşı ayrı-seçkiliyi araşdırır

13-11-2025

Müdafiə Nazirliyində kiber ordu yaradılır

16-09-2015

Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

01-05-2019

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Dünya İqtisadi Forumunda ASAN xidmət-in fəaliyyəti barədə məlumat verilib

25-01-2019

Facebook eBay elanlarını göstərəcək

09-01-2025

Avropa Komissiyası "TikTok"a xəbərdarlıq edib

06-02-2026

Aİ “Apple” və “Meta” şirkətlərini cərimələyib

23-04-2025

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009

Avropa Şurası məşhur İT şirkətlərlə saziş imzaladı

14-11-2017

Avropa Birliyi rouminq ödənişini ləğv edəcək

02-02-2017

Facebook 170 milyon dollar cərimələnə bilər- Səbəb

21-12-2016

Avropa Komissiyası “Google” şirkətinə qarşı ittiham irəli sürür

16-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə