Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC “AZCLOUD” brendi altında dövlət və özəl sektor nümayəndələrinə genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edir.
Xeberler.az bildirir ki, “AZCLOUD”un “Yerləşdirmə” xidməti çərçivəsində “Əlavə dəyər xidmətləri” istifadəyə verilib. “Əlavə dəyər xidmətləri”nin köməyi ilə müştərilərə distant idarəetmə, “ağıllı” əllər, anbar, dolab üzrə bildiriş və şəbəkəyə nəzarət imkanı təqdim edilir. Yeni təqdim olunan “Əlavə dəyər xidmətləri”ndən yararlanaraq vaxta və insan resurslarına qənaət etməklə İT infrastrukturunu daimi işlək və tam dəstəklənmiş vəziyyətdə saxlamaq mümkündür.
“AzInTelecom”un Xidmət Əməliyyatları Mərkəzi “Əlavə dəyər xidmətləri”ndən istifadə zamanı müştərilərin sorğu və müraciətlərini 24/7 rejimində yerinə yetirərək server və avadanlıqların distant, çevik və etibarlı idarəedilməsi üçün dəstək göstərir. “AZCLOUD”un təqdim etdiyi “Əlavə dəyər xidmətləri”nin yerində dəstək, təhlükəsizlik və etibarlılıq kimi üstünlükləri mövcuddur. Müştəri inventarları ilə bağlı hər hansı bir problem yaranarsa, texniki komanda tərəfindən fasiləsiz xidmət göstərilir və istənilən dolab əməliyyatı haqqında müştəriyə məlumat verilir. Yeni istifadəyə verilən “Əlavə dəyər xidmətləri”nin xidmət səviyyəsi il ərzində cəmi 1.6 saat fasilə olmaqla 99.982% təşkil edir.
“AZCLOUD”un təqdim etdiyi “Yerləşdirmə” xidməti vasitəsilə müştərilərin avadanlıqları daimi işləyən soyutma sistemlərinə, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış əldə edir. Bu xidmətdən istifadə zamanı müştərilərin infrastrukturu dayanıqlı mühitdə yüksək səviyyəli texniki xidmətlə təmin olunur. “AzInTelecom”un Data mərkəzində yerləşdirilən serverlər fasiləsiz olaraq nəzarətdə saxlanılır.
Qeyd edək ki, “AzInTelecom” MMC “AZCLOUD” brendi altında İT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual IP Telefoniya” xidmətləri göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri