Previous Next
Bağla

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024 10:48
Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

Mayın 22-23-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) növbəti 23-cü plenar iclası keçirilib.

Plenar iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri iştirak ediblər.

Tədbirdə 15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumu, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Qurumu (BEREC) və Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupundan (EMERG) 40-dan çox nümayəndə iştirak edirdi.

İclasda “EaPeReg”in builki sədri Moldova və sədr müavini Rumıniyanın tənzimləyici qurumlarının təmsilçiləri tərəfindən 2024-cü ilin birinci yarısında görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatları dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

İclasda, eyni zamanda “EaPeReg”in 2025-ci il üzrə sədrliyi üçün Azərbaycanın namizədliyi irəli sürülüb və bu təşəbbüs iclas iştirakçıları tərəfindən dəstəklənib.

İKTA-nın sədr müavini, sədr vəzifəsini icra edən Nail Mərdanov göstərilən etimada görə iclas iştirakçılarına təşəkkür edərək 2025-ci il ərzində “EaPeReg”in dayanıqlı işinin təmin ediləcəyini bildirib.

Belə ki, şəbəkəyə sədrlik Azərbaycanın telekommunikasiya tənzimləmə institutunun dünya tənzimləyicilər şəbəkəsinə inteqrasiyasını daha da sürətləndirəcək, tənzimləyici mühitin və tənzimləyici mexanizmlərin qurulmasında dünya təcrübəsindən daha yaxından faydalanmağa imkan verəcək.

Daha sonra Agentliyin beynəlxalq əməkdaşlıq üzrə rəsmisi Ravil İsgəndərov çıxış edərək İKTA-nın fəaliyyət istiqamətləri, ölkəmizdə telekommunikasiya sahəsində tənzimləmənin inkişafı, bazar mühitinin formalaşdırılması sahəsində həyata keçirilən işlər və planlar barədə ətraflı məlumat verib.

Tədbirin ikinci günündə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev telekommunikasiya şəbəkələrinin digər infrastruktur obyektlərində yerləşdirilməsi üzrə tənzimləyici çərçivənin hazırlanması istiqamətində görülən tədbirlər barədə danışıb.

“EaPeReg”in 23-cü plenar iclası çərçivəsində, həmçinin İKTA nümayəndələri Moldova və Rumıniya tənzimləyici qurumlarının rəhbərləri, eləcə də BTİ-nin nümayəndəsi ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə tərəflər arasında təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, “EaPeReg” 2012-ci ildə “Şərq Tərəfdaşlığı” ölkələrinin elektron rabitə tənzimləyiciləri üçün yaradılmış şəbəkədir. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirakçı ölkələr olaraq fəaliyyət göstərirlər. Rumıniya, Macarıstan, Çexiya, İrlandiya tənzimləyici qurumlarının rəhbərliyi isə fəal şəkildə şəbəkənin işində iştirak edən ölkələrə dəstək verir.

“EaPeReg”in məqsədi regionda rəqabətqabiliyyətli və innovativ elektron rabitə sektorunun inkişafını təşviq etmək üçün bu ölkələrin elektron rabitə tənzimləyiciləri arasında əməkdaşlığı və ən yaxşı təcrübə mübadiləsini asanlaşdırmaqdır. Şəbəkə tənzimləyicilər üçün spektrin idarə edilməsi, genişzolaqlı rabitənin inkişafı və elektron rabitə sahəsində tənzimləyici çərçivələr kimi məsələlər üzrə məlumat və təcrübə mübadiləsi üçün platforma təqdim edir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

26-05-2023

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

03-07-2020

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

22-05-2024

İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

30-04-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İKTA-nın nümayəndə heyəti Ankarada simpoziumda iştirak edib

13-05-2026

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə