Azərbaycan-Fransız Universitetinin tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar

16-10-2024 / 19:18

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “ABB Innovation” tərəfindən təşkil olunan “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yerə çıxıblar və 3 min manat məbləğində pul mükafatına layiq görülüblər.

Xeberler.az məlumat verir ki, bu barədə universitetdən məlumat verilib.

Müsabiqənin pre-inkubasiya proqramı çərçivəsində Əziz Zeynallı, Kamal Ağazada və Səyyarə Həsənova istehsalçı şirkətlər üçün məhsul israfını minimuma endirməyə yönəlmiş “Ecomart” adlı süni intellekt əsaslı ERP həllini hazırlayıblar.

“Ecomart” pərakəndə mağazalarda tez xarab olan məhsulların israfını azaltmaq məqsədilə satış məlumatlarını təhlil etmək üçün süni intellektdən istifadə etməyi nəzərdə tutur. Bu layihə məlumatlara əsaslanaraq sistem mağazalara daha dəqiq və səmərəli sifarişlər verməyə kömək edir, bununla da artıq israfın qarşısını alır.

İntensiv 3 aylıq pre-inkubasiya proqramı ərzində komanda Azərbaycanın müxtəlif pərakəndə və istehsalçı şirkətlərinin nümayəndələri ilə müsahibələr aparıb. Bu müzakirələr ideyanın doğruluğunu yoxlamağa, inventar idarəetməsindəki əsas problemləri müəyyən etməyə və həll yolunu daha da təkmilləşdirməyə imkan verib.

Tələbələrin bu uğuru ekoloji problemlərin həllində innovativ yanaşmanın önəmini bir daha göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə