Previous Next
Bağla

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025 13:38
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır
Bu gün Azərbaycanın bir neçə aparıcı xəbər saytı – Report.az, Oxu.az, Baku.ws, Baku.tv, Media.azCaliber.az kiberhücumlara məruz qalıb. 
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, hazırda adı çəkilən resurslara giriş mümkün deyil. Hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərir:
 
"Kiber hücum edənlərin saytlara yerləşdirdikləri mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz.
 
Hücumun haradan və kim tərəfindən edildiyini müəyyənləşdirmək üçün aidiyyati qurumlar və saytların kibertəhlükəsizliyinə cavabdeh mütəxəssislər birgə araşdırma aparmalıdır".
 
Osman Gündüzün sözlərinə görə, xüsusilə diqqət çəkən məqam odur ki, bir neçə gün əvvəl Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Bu ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır:
 
"Əlbəttə, burada texniki amillər də nəzərə alınmalıdır. Ola bilər ki, hakerlər eyni sistemə bağlı media resurslarının zəifliklərini aşkar edərək onları hədəfə alıblar.
 
Lakin hücumun xarakterinə əsasən ehtimal etmək olar ki, məqsəd daha çox informasiya sahəsinə təsir göstərmək, ictimai fikrə müdaxilə etməkdir".
 
Ekspert bildirib ki, geniş oxucu kütləsinə malik xəbər resursları milli informasiya resurslarıdır, onların kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir:
 
"Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər.
 
Azərbaycanda son bir neçə ildə kiber sektorda, xüsusilə də dövlət sektorunun kiber təhlükəsizliyi sahəsində çox böyük işlər görülüb.
 
Kritik sektorun təhlükəziliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir.
 
Amma biznes sektoru, media sahəsnin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsiziliyi ilə bağlı görüləcək işlər daha çoxdur".
 
Osman Gündüzün bildirib ki, MEDİA və Elektron Təhlükəsizlik Xidməti onlayn media resurslarının kiber müdafiəsini gücləndirmək üçün daha fəal rol oynamalıdır:
 
"Ümumiyyətlə, bu qurumların onlayn media sektorunun təhlükəsizliyinin təmin etmək istiqamətindəki səylərini yetərli hesab etmək olmaz.
 
Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır. Yaxşı mütəxəssislər cəlb etməli, onların peşəkarlığının artırılmasına da resurslar ayrılmalıdır.
 
Müasir yanaşmalar kibertəhlükəsizliyə daha ciddi diqqət ayrılmasını, bu sahəyə investisiyaların yatırılmasını və daha peşəkar mütəxəssislərin cəlb olunmasını tələb edir.
 
Bütün bunlar isə böyük maliyyə resursları tələb edir, lakin bəzi media qurumlarının bu sahədə imkanları olmaya bilər.
 
Ona görə də milli informasiya resurslarının kiber təhlükəsizliyinin qorunmasına dövlət tərəfindən real dəstək verilməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

20-02-2025
Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025
“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Azərbaycan İnternet Forumunun  açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014
Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

15-07-2020
Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Sədr: Kiberhücumları yüksək səviyyədə təşkilatlanmış qruplar icra edir

Sədr: Kiberhücumları yüksək səviyyədə təşkilatlanmış qruplar icra edir

02-05-2025
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
Müstəqil media resursları ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub

Müstəqil media resursları ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub

02-05-2025
“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub

“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub

20-02-2025
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023
“Global Media Group”a qarşı növbəti kiberhücumun da qarşısı alınıb

“Global Media Group”a qarşı növbəti kiberhücumun da qarşısı alınıb

24-02-2025
Azərbaycanda kiber ordu yaradıla bilərmi?

Azərbaycanda kiber ordu yaradıla bilərmi?

04-04-2015
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə