Previous Next
Bağla

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025 13:30
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var
"Kritik quruma xidmət edən Azərbaycan vətəndaşı olmalıdır, amma qurumun özündə çalışan xarici ola bilər.
 
Kritik qurumların siyahısı açıqlana bilməz, amma bəzi sənədlərdən kimin kritik olduğunu sezmək mümkündür".
 
Xeberler.az bildirir ki, bunları Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsini təsdiq edib.
 
Cari ilin əvvəli də Prezident tərəfindən “Milli Məkan Məlumatları” informasiya sisteminin Əsasnaməsi təsdiq edilib.
 
Ekspert bildirib ki, hər iki sənəddə bu resursların təhlükəsizliyinin təmin edilməsi doğru olaraq da DTX və XRİDXT-yə həvalə olunub:
 
"Digər bir qanunvericilik tələb edir ki, kritik infrastruktura daxil olan obyektlərin (informasiya resurslarının ) siyahısı dərc edilə, açıqlana bilməz.
 
Bu qanunvericilikdə həm də qeyd olunub ki, kritik hesab olunan dövlət qurumlarına nəzarəti DTX və XRİTDX birgə həyata keçirir.
 
Əgər təhlükəsizliyin təmin edilməsi DTX və XRİTDX-yə tapşırılıbsa, onda adi məntiqlə buradan belə qənaətə gəlmək olar ki, yuxarıda adları çəkilənlər elə kritikdir. Hansı ki bunu açıqlamaq qadağandır".
 
Osman Gündüzün sözlərinə görə, kritik qurumlarla bağlı daha bir anlaşılmaz məqam var:
 
"Kritik qanunvericilik tələb edir ki, kritik subyektə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndələri Azərbaycan vətəndaşı olmalıdırlar.
 
Amma maraqlıdır ki, kritikin özündə xarici vətəndaşın işləməsinə heç bir məhdudiyyət yoxdur.
 
Dəfələrlə biz bu haqda bildirmişik, bizdə elə kritik qurumlar var ki, onlarda dataya giriş imkanı olan bölmələrdə xarici vətəndaşlar da çalışır və bəzilərində hətta rəhbərlik edirlər.
 
Yəni hazırda real hüquqi vəziyyət belədir: kənardan kritikə xidmət göstərən, nəzarət və audit edən Azərbaycan vətəndaşı olmalıdır, amma qurumun özündə işləyən xarici ola bilər".
 
Ekspert düşünür ki, kritik obyektlərin əsasnamələri hazırlanarkən diqqətli olmaq, onların təhlükəsizliyinin qanunvericilikdə nəzərdə tutulduğu qaydada təmin edildiyini qeyd etmək daha doğru olar:
 
"Ümumiyyətlə isə, burada bəzi məqamlara yenidən nəzər salmaq da doğru olardı. Kritik resursların siyahıları açıqlanmasa da, ona xidmət göstərən özəl şirkətlər və əməkdaşlar artıq öncədən bu məlumatlara sahib olurlar.
 
Eyni zamanda kritik qanunvericilik qəbul olunanda biz təklif etmişdik ki, kritik obyektlərin (informasiya resurslarının) siyahısı açıqlanmasa da, subyektlərin (informasiya resurslarının sahiblərinin) siyahısının açıqlanması ictimai maraqlar baxımından da doğru olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

29-11-2024
"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023
Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025
ETX: "Qeyri-kritik infrastrukturlarda kibertəhlükəsizlik normaları olmalıdır"

ETX: "Qeyri-kritik infrastrukturlarda kibertəhlükəsizlik normaları olmalıdır"

26-10-2023
Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022
Davud Rüstəmov: Kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb

Davud Rüstəmov: Kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb

26-11-2025
Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025
"Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır"

"Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır"

23-09-2023
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə