eGov2.0 versiyasında mobil hökumət (mGov) konsepsiyasının hazırlanması “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olan “mobil hökumət” konsepsiyası hazırlanacaq.
Xeberler.az-ın məlumatına görə, bu, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Bildirilir ki, “Hökumət bulud”un (G-cloud) yaradılması vasitəsilə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirlər əlaqələndiriləcək.
Elektron imzanın, o cümlədən “Asan imza”nın beynəlxalq səviyyədə qarşılıqlı tanınmasının təmin olunması “Asan imza”nın (mobil imza) digər ölkələrin müvafiq qurumları tərəfindən tanınması istiqamətində tədbirlər görüləcək.
RYTN yuxarıda sadalanan tədbirlərin icrası məqsədilə aşağıdakıların icrasını təmin edəcək:
● “Elektron hökumət” portalının fəaliyyətinin təkmilləşdirilməsi;
● elektron xidmətlərin istifadəsi zamanı məlumatların mühafizəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi;
● “Hökumət bulud”un (G-cloud) yaradılması ilə dövlət idarəçiliyində xərclərin azaldılması və əlaqəliliyin (koordinasiyanın) yüksəldilməsi;
● “Elektron hökumət” sisteminin növbəti eGov2.0 versiyasında mobil hökumət (mGov) konsepsiyası da nəzərə alınmaqla, standart arxitekturasının işlənib hazırlanması;
Qeyd edilib ki, gözlənilən nəticə və nəticə indikatorları dövlət qurumları müxtəlif sektorlar arasında funksional uyğunluğu daha da inkişaf etdirəcək və bununla da ayrı-ayrı informasiya sistemlərinin vahid sistem kimi fəaliyyətini təmin edəcək.
Sənəddə dövlət orqanlarının elektron xidmətlərinin təkmilləşdirilməsinin 2020-ci ildə real ÜDM-ə 100 milyon manat birbaşa, 20 milyon manat dolayı olmaqla, ümumilikdə 120 milyon manat təsirinin olacağı proqnozlaşdırılır.
Bu prioritetin həyata keçirilməsi üçün 2020-ci ilədək 95 milyon manat investisiya tələb olunur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri