Amerikaya poçt göndərişlərinin müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb

20-11-2025 / 17:18

Cari il avqustun 29-dan etibarən Amerika Birləşmiş Ştatlarına (ABŞ) daxil olan bütün mal tərkibli poçt göndərişlərinə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir və bu rüsum bağlama göndərən ölkədə əvvəlcədən ödənməlidir. Lakin rüsumların yeni qaydada hesablanması və ödənilməsi mexanizmi hələlik mövcud olmadığı üçün “Azərpoçt” MMC-dən asılı olmayan səbəblərə görə poçt göndərişlərinin daşınması hələ ki, mümkün deyil.

Xeberler.az məlumat verir ki, bu barədə “Azərpoçt” MMC-dən bildirilib.

Qeyd edilib ki, sözügedən mexanizmin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannamə Sistemi (CDS) üzərindən tətbiqi istiqamətində müvafiq işlər aparılır.

Bununla bağlı yenilik olduğu təqdirdə “Azərpoçt” MMC tərəfindən ictimaiyyətə məlumat veriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə