Previous Next
Bağla

Azərbaycanın "Datum" şirkəti beynəlxalq tenderin qalibi olub

26-10-2023 09:31
Azərbaycanın "Datum" şirkəti beynəlxalq tenderin qalibi olub

Dünya Bankının Moldova Respublikasında həyata keçirdiyi “Torpaqların Qeydiyyatı və Əmlakın Qiymətləndirilməsi Layihəsi”nin “Texniki-Tikinti İnfrastruktur Obyektlərinin Dövlət Reyestri (ROİTE) İnformasiya Sistemi”nin təchizatı və quraşdırılması komponenti üzrə baş tumuş beynəlxalq tenderin qalibi Azərbaycanın güclü kadr potensialına malik "DATUM" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Artıq Moldovanın Dövlət Xidmətləri Agentliyi ilə DATUM MMC arasında müqavilə imzalanmış və ROİTE-nin texniki tapşırığında nəzərdə tutulmuş işlərin icrasına başlanılımışdır.

ROİTE Avtomatlaşdırılmış İnformasiya Sistemi Milli Coğrafi İnformasiya Sisteminin tərkib hissəsi olmaqla Moldova Respublikasının müvafiq qanunvericiliyinin, o cümlədən “Milli Məkan Məlumatları İnfrastrukturu haqqında” Qanunun və Moldova hökumətinin təsdiq etdiyi “Texniki və kommunal infrastruktur obyektlərinin reyestri - avtomatlaşdırılmış informasiya sisteminin konsepsiyası”nın tələblərinə uyğun olaraq yaradılacaqdır. Konsepsiyada nəzərdə tutulduğu kimi, ROİTE eyni zamanda texniki və kommunal infrastruktur obyektləri, texniki və kommunal infrastruktur obyektlərinin struktur elementləri, onlar üzərində mülkiyyət və digər əmlak hüquqları, texniki və kommunal obyektlərinin  mühafizə zonaları, habelə mühafizə zonasına daxil olan torpaqlardan istifadəyə dair mövcud məhdudiyyətlər haqqında rəsmi məlumat mənbəyi olmaqla məlumatların toplanması, emalı, sistemləşdirilməsi, saxlanılması, istifadəsi və çatdırılması məqsədi ilə yaradılır.

Moldova qanunvericiliyində kommunal kadastr obyektləri kimi yollar, dəmir yolları, aerodromun və dəniz limanının ərazisində və akvatoriyasında yerləşən kommunal obyeklər, elektrik və təbii qaz şəbəkələri, içməli su təchizatı və tullantıların idarə olunması sistemləri, kanalizasiya, istilik enerjisi, işıqlandırma, işıqfor, elektrik nəqliyyat və elektron rabitə şəbəkələri, boru kəmərləri, neft məhsullarının saxlanması və satışı obyektləri, suvarma sistemləri, qurutma sistemləri və digər tikili və qurğular təsbit edilmişdir.

 ROİTE informasiya sisteminin Moldova Respublikasında 2024-cü ilin sonuna  qədər tətbiq ediləcəyi gözlənir. Milli qanunvericiliyin tələblərinə görə bundan sonra tikinti və bərpa-quraşdırma işləri aparılacaq ərazidə mövcud olan kommunal kadastr obyektləri barədə ROİTE-dən müvafiq arayış olmadan işlərin icrasına başlamaq, xüsusi ilə də qazıntı işləri aparmaq mümkün olmayacaqdır. Bu, tikinti və bərpa-quraşdırma işləri aparılarkən həmin ərazidə mövcud olan kommunal kadastr obyektlərinin zədələnməsinin və onlara ziyan vurulmasının qarşısını almaq, ümumi maliyyə xərclərinin azaldılmasını  təmin etmək (qəzadan sonra əlavə bərpa  xərcləri tələb olunur), xidmətlərin dayanıqlığını və keyfiyyətinin yüksəldilməsini təmin edilmək məqsədi ilə edilir.

Belə kadastr və ya reyestrlər müxtəlif strukturlara və funksionallıqlara malik olsa da, demək olar ki, bütün inkişaf etmiş olkələrdə, o cümlədən Niderland, Belçika, Böyük Britaniaya, İsveçrə, ABŞ, Kanada və s. kimi ölkələrdə mövcuddur və istifadəçilər üçün bu və ya digər şəkildə əlçatan olan infrastruktura malikdir. Eyni zamanda Polşa, Litva, Belorusiya, Latviya, Xorvatiya, Serbiya, Makedoniya, Kosovo və s. kimi bütün keçmiş Şərq Bloku ölkələrində müxtəlif inkişaf mərhələlərində olsa da, bir növ aydın şəkildə müəyyən edilmiş kommunal xidmətlərin qeydiyyatı sistemləri var. Bundan başqa, Avropa İttifaqının INSPIRE direktivi bütün Aİ üzvləri və namizəd ölkələr üçün bu növ kommunal infrastrukturların yaradılmasını və saxlanmasını çox aydın şəkildə tövsiyə edir.

Azərbaycanda gələcəyə hesablanmış inkişaf istiqamətləri, beynəlxalq aləmə inteqrasiya səyləri, iqtidsadi dayanıqlıq, xidmətlərin əlçatanlığının dövlət səviyyəsində təmin edilməsi, elektronlaşdırma-rəqəmsallaşdırma siyasəti, tikinti işlərinin intensivliyi və bir çox digər amillər ölkəmizdə kommunal kadastr infrastrukturunun yaradılması sahəsində tezliklə mövcud qanunvericiliyin təkmilləşdirilməsini və ya yeni qanunların qəbul edilməsini və müvafiq informasiya sisteminin yaradılmasını qaçılmaz edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək

07-04-2023

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

19-09-2016

Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019

Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb

01-03-2012

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

“MİDA Kommunal” portalı istifadəyə verilib

02-09-2024

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Kommunal haqların yığılması üzrə mərkəzləşdirilmiş informasiya sistemi yaradılıb

29-01-2009

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013

Notariuslar JEK-lərdən arayış istəməyəcək

21-12-2015

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə