Previous Next
Bağla

Azərbaycanlı tədqiqatçıların elmi işi Nature Communications jurnalında dərc olunub

15-01-2026 12:06
Azərbaycanlı tədqiqatçıların elmi işi Nature Communications jurnalında dərc olunub

Azərbaycan elmi ictimaiyyəti üçün sevindirici xəbər var. Həmyerlimiz Elbəy Əliyevin rəhbərliyi ilə aparılan və Maastrixt Universitetində elmi tədqiqatçı kimi çalışan Tağı Əliyevin də həmmüəllif olduğu elmi məqalə dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan Nature Communications jurnalında dərc olunub.

Xeberler.az bildirir ki, bu, Elbəy Əliyevin Nature jurnal ailəsində çap olunan üçüncü elmi işi, eyni zamanda əsas müəllif (main author) qismində yer aldığı ilk məqalədir. Qeyd edək ki, Nature jurnal ailəsində dərc olunan məqalələr yalnız yüksək səviyyəli və beynəlxalq əhəmiyyət daşıyan araşdırmalara nəsib olur.

Araşdırma insan DNT-sində baş verən iri miqyaslı struktur dəyişikliklərini tədqiq edir. Adətən genetik testlər xırda nukleotid dəyişikliklərinə fokuslanır. Bu tədqiqat isə DNT-nin böyük hissələrinin silinməsi, çoxalması və ya yerinin dəyişməsi kimi dəyişikliklərin genlərin fəaliyyəti və insan sağlamlığına təsirini araşdırır.

Tədqiqat çərçivəsində Qətərdə yaşayan 6 141 nəfərin tam genom məlumatı analiz edilib və nəticələr real tibbi göstəricilər – qan analizləri və sağlamlıq qeydləri ilə müqayisə olunub. Araşdırma nəticələri göstərib ki, bu cür genetik dəyişikliklər:

  • sidik turşusu səviyyəsi (podaqra riski),

  • bilirubin və qaraciyər göstəriciləri,

  • dəmir və böyrək funksiyaları,

  • bədən çəkisi və maddələr mübadiləsi kimi gündəlik tibbdə geniş istifadə olunan göstəricilərlə birbaşa əlaqəlidir.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə odur ki, təxminən hər 30 nəfərdən biri erkən mərhələdə aşkarlandığı təqdirdə ciddi xəstəliklərin qarşısını almağa imkan verən genetik risk daşıyır.

Mütəxəssislər bildirir ki, bu tədqiqat müasir tibbin mühüm problemlərindən birinə – genetik məlumat bazalarının əsasən Avropa mənşəli əhali üzərində qurulmasına – ciddi töhfə verir. Yeni nəticələr Yaxın Şərq və az tədqiq olunmuş regionlar üçün daha dəqiq tibbi diaqnostikanın mümkünlüyünü göstərir.

Araşdırma:

  • standart testlərin gözdən qaçırdığı genetik dəyişiklikləri üzə çıxarır,

  • az tədqiq olunmuş əhali qrupları üçün diaqnostikanı dəqiqləşdirir,

  • xəstəliklərin müalicəsindən daha çox profilaktikaya yönəlmiş yanaşmanı gücləndirir.

Mütəxəssislərin fikrincə, bu tip tədqiqatlar Azərbaycanda da aparılarsa, əhali üçün daha dəqiq tibbi diaqnostika, ürək-damar xəstəlikləri və diabetin erkən aşkarlanması, fərdiləşdirilmiş tibbin inkişafı və səhiyyə planlamasında yerli məlumatlardan istifadə kimi uzunmüddətli faydalar əldə edilə bilər.

Qeyd edək ki, Elbəy Əliyev Bakıda anadan olub. O, 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib, hərbi xidmətdən sonra magistr təhsilini də burada davam etdirib. 2008–2017-ci illərdə IDRAK Technology Transfer şirkətində baş proqramçı kimi çalışıb.

2017–2025-ci illərdə Qətərin Doha şəhərində yerləşən Sidra Medicine tibb və tədqiqat mərkəzində araşdırmaçı kimi fəaliyyət göstərib. 2025-ci ilin iyul ayından etibarən isə ABŞ-da University of Colorado Universitetinin Biotibbi İnformatika Departamentində baş data elmi mütəxəssisi kimi çalışır.

Elbəy Əliyevin bu nailiyyəti Azərbaycan elmi üçün qürurverici nümunə kimi qiymətləndirilir və ölkə alimlərinin beynəlxalq elmi arenada mühüm uğurlar qazana bildiyini bir daha nümayiş etdirir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

27-10-2024

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

16-03-2023

AzTU-da “AI-MED LAB” laboratoriyasının açılışı olub

08-04-2025

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

13-12-2025

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020

Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

28-06-2018

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

02-10-2023

Python dili üzrə təlim keçirilib

01-06-2017

Süni İntellekt Laboratoriyasının apardığı tədqiqatlar uğurla nəticələnib

22-04-2021

Azərbaycan alimlərinin “Web of Science” bazasında tədqiqatlarının və onlara istinadların sayı artıb

28-08-2024

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016

Ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

27-01-2024

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

27-04-2023

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə