Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda ölkə miqyaslı sosial layihə - “Həmrəylik düşərgəsi”nə başlayıb.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, “Regional İnkişaf” İctimai Birliyi, BMT–nin Əhali Fondunun dəstəyi ilə 20-25 iyul tarixlərində baş tutan “Həmrəylik düşərgəsi” 60 könüllü gənci bir araya gətirərək bir sıra sosial aksiya və tədbirlər həyata keçirəcək.
Layihə iştirakçılarının mobil rabitə təminatçısı qismində çıxış edən Azercell Telekom, eyni zamanda, tədbir boyu sosial və məlumat dəstəyini də göstərməkdə davam edəcək. Könüllülər üçün Azercell Akademiyasının təlim proqramı da təşkil olunacaq. Azercell-in əməkdaşları gənclərə karyera qurmağın yolları haqqında məlumat verəcəklər. Bundan əlavə, gənclərə Azercell tərəfindən ilk tibbi yardımın və yanğınsöndürmənin əsasları, fövqəladə hallarda davranış qaydaları və s. kimi məsələlərlə bağlı təlim keçiriləcək. Sessiyaları uğurla başa vuran gənclərə Azercell tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq.
20-25 iyul tarixlərində İsmayıllı rayonunun Lahıc kəndində keçirilən layihənin məqsədi gənclərə yeni bilik və bacarıqların, peşə bacarıqlarının öyrədilməsi, multikultural nümunələrin inkişafının dəstəklənməsi, gənclər arasında düşərgə mədəniyyətinin formalaşdırılması, sosial iştirakçılığın və sosial məsuliyyət çərçivəsində işlərin təşviqindən ibarətdir.
Layihə çərçivəsində həmçinin “ASAN məktub” vasitəsi ilə Lahıc məktəblilərinə məktəb ləvazimatları alınacaq. ASAN xidmət-in təşkilatçılığı ilə Lahıcda təhsil alan məktəblilərə şəxsiyyət vəsiqələri təqdim olunacaq.
Qeyd edək ki, ölkəmizdəki iri miqyaslı Sosial Məsuliyyət layihələrinin ən aktiv iştirakçısı olan Azercell Telekom bir biznes qurumu kimi cəmiyyətə və ətraf mühitə təsir edən təşəbbüslərə böyük əhəmiyyət verir və ölkədə sosial rifahın artırılması istiqamətində ictimai təşkilatlarla birlikdə tərəfdaşlıq edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri