“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub.
Xeberler.az bildirir ki, builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər.
Final mərhələsinə yüksəlmiş 5 komanda layihələrini peşəkar mentor və ekspertlərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər heyətində Azercell-in Rəqəmsal Platformalar və Tədqiqatlar şöbəsinin rəhbəri Şahin Abdurəhimov və Data Analitikası və Süni İntellekt departamentinin aparıcı mütəxəssisi Süleyman Süleymanzadə yer alıblar. Layihələr problemin dəqiq təsviri, təqdim olunan biznes modelinin dayanıqlılığı, hədəf auditoriyaya uyğunluğu və rəqabət üstünlüyü kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda 3 komanda qalib elan olunub.
Birinci yerə “Bereket” komandası layiq görülüb. Komandanın təqdim etdiyi tətbiq istifadəçilərə gündəlik qida seçimlərini asanlaşdırmaq məqsədilə ağıllı yemək planlaşdırma və alış-veriş dəstəyi təklif edir.
İkinci yerin qalibi “VirtuCards” layihəsi olub. Bu rəqəmsal həll istifadəçilərə smartfonları vasitəsilə virtual kart funksionallığı təqdim edərək ofis və kampuslara təhlükəsiz giriş imkanı yaradır və ənənəvi plastik kartları əvəz edir.
Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır.
Qalib komandalar pul mükafatı ilə təltif olunublar. Eyni zamanda, fərqlənmiş tələbələr, bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edərək Azercell-in təcrübə proqramında iştirak hüququ qazanıblar.
Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları