Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib.
Xeberler.az-ın məlumatına görə, bildirilib ki, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.
Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin eksperti Rəşad Xalıqov çıxış edərək bildirib ki, vətəndaşların müxtəlif dövlət xidmətlərinə əlçatanlığının göstəricisi xidmət mərkəzlərinin say çoxluğu ilə deyil proseslərin çevik icrası ilə bağlıdır:
“Xidmət sahələrini müasir standartlara uyğun şəkildə optimallaşdırılmasında rəqəmsal transformasiya böyük rol oynayır. Rəqəmsal transformasiya dedikdə biz dövlət idarəçiliyinin təkmilləşdirildiyi rəqəmsal hökumətə keçid, rəqəmsal məhsulların yaradıldığı, biznes proseslərinin avtomatlaşdırıldığı “açıq məlumatlar“ın istifadə edildiyi rəqəmsal cəmiyyətə keçidi nəzərdə tuturuq.
Rəqəmsal transformasiya fonunda yaradılan SİMA-nın tətbiqi elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa birdəfəlik son qoyur və ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər kəs olduğu yerdən birbaşa elektron dövlət xidmətlərindən yararlanmış olur.
Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılması istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalamaq imkanını qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA ölkəmizdə biznes proseslərini daha da sürətləndirəcək. Heç təsadüfi deyil ki, biznesin dayanıqlılığı və müştərilər üçün xidmətlərin əlçatanlığının artırılması üçün özəl təşkilatlar da SİMA-ya ciddi maraq göstərirlər. Bank sektorundan Paşa Bank, Yelo Bank, TuranBank və sığorta sektorundan BakıSığorta şirkətləri artıq SİMA-nın tərəfdaşlarıdır.
Hazırda BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər və digər sahələrdə fəaliyyət göstərən təşkilatların sistemlərinə inteqrasiya prosesləri davam etməkdədir və yaxın günlərlə ictimaiyyətlə əlavə məlumat veriləcək.
Bu gün SİMA-nın dövlət qurumlarının sistemlərinə inteqrasiyası intensiv olaraq davam edir. SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası ilə vətəndaşlar “myGov”, “ASAN ödəniş”, "e-Sosial", "e-Agro", "e-Satınalma", "e-Hərrac", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə bilirlər.
“ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiya nəticəsində artıq vətəndaşlarımız əmək müqaviləsi bildirişlərini və əmək təqaüdlərinin təminatını daha rahat izləyə bilir, iş yerlərindən arayışların alınmasını daha rahat həyata keçirirlər. Cərimələr və etibarnamələrlə bağlı məlumatlara və elektron gömrük xidmətlərinə və bir sıra məlumatlara vətəndaşlarımızın çıxışı daha əlçatan olub”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri