Müştəri məmnuniyyətini artırmaq, müasir tələblərə cavab verən məhsul və xidmətlər təqdim etmək üçün əməkdaşların təlimlərə cəlb olunması məqsədilə “Aztelekom” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında memorandum imzalanıb. Təlim proqramı çərçivəsində “Aztelekom” işçilərinin fiber-optik kabel çəkilişi sahəsində bacarıqlarının artırılması nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkədə müasir innovasiyaların yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in istiqamətlərindən biridir. “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC strategiyanın həyata keçirilməsinə xidmət edən, dövlət-özəl sektor modelinə əsaslanan “Onlayn Azərbaycan” layihəsinin icraçıları sırasındadır.
Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) və digər texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Mövcud ADSL avadanlığının GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun fiber-optik kabellərlə əvəzlənməsi və fiber-optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Bu da həmin sahədə çalışan əməkdaşların yeni bilik və bacarıqlar əldə etməsi zərurətini yaradır. “Aztelekom” “Biz öyrənirik və böyüyürük” dəyərinə sadiq qalaraq yeni texnologiya ilə bağlı davamlı təlimə innovativ yanaşma sərgiləyir.
Təlimin ilkin mərhələsi “Aztelekom”da çalışan 300-dən çox kabel lehimləyicidən 25 nəfəri əhatə edəcək. Həmin şəxslərə fiber-optik kabel çəkilişi üçün tələb olunan zəruri bilik və bacarıqları aşılayan ikiaylıq intensiv proqram keçiləcək.
Nəzəri və praktiki təlimlərdən ibarət proqramı uğurla başa vuran iştirakçılara “Fiber-optik kabel çəkilməsi” üzrə dövlət nümunəli sertifikat təqdim olunacaq.
“Məqsəd əməkdaşların yeni bacarıq və səriştələr qazanmasını təmin etməkdir. Bu təşəbbüs daim dəyişən iş mənzərəsinə, fərdlərin öz karyeralarında rəqabətədavamlılığını və uyğunlaşma qabiliyyətini saxlamaq üçün yeni bacarıqlar əldə etmə ehtiyacına proaktiv cavabdır”, – deyə “Aztelekom”un baş direktorunun müşaviri Fəxri Qurbanov memorandumun imzalanmasına dair mətbuat konfrasında bildirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Ceyhun Kərəmov isə qeyd edib ki, ixtisasartırma təlimlərinin keçirilməsi peşə təhsili sisteminin əsas elementlərindən biridir: “İxtisasartırmaya ehtiyac texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdə özünü daha çox göstərir. Hazırda müxtəlif sənaye sahələrindən olan tərəfdaşlarımızla oxşar təşəbbüslər üzərində çalışırıq”, – deyə C.Kərəmov əlavə edib.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatı üçün genişzolaqlı internetə qoşulma imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir. Cari ilin sonuna kimi göstəricinin 55 faizə çatdırılması nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri