Previous Next
Bağla

Bakcell Huawei ilə yeni layihəyə başladı- Fotolar

07-06-2016 15:22
Bakcell Huawei ilə yeni layihəyə başladı- Fotolar

Bu gün Huawei Azerbaijan şirkətinin ölkənin ilk mobil rabitə operatoru olan Bakcell ilə birgə həyata keçirdiyi “Gözel Azerbaycan” layihəsinin təqdimat mərasimi keçirilib. 

Xeberler.az məlumat verir ki,  bu gündən start götürən sosial layihənin əsas məqsədi Azərbaycanı tanıtmaqdır. Bir il ərzində həyata keçiriləcək layihə 4 hissədən - “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl xalq” və “Gözəl təbiət” adlı layihələrdən ibarət olacaq. Hər bir buraxılışın ayrıca proqramı olacaq layihə Bakı və Azərbaycanın digər regionlarını əhatə edəcək.

Tədbirdə çıxış edən Huawei Azerbaijan şirkətinin baş icraçı direktoru Cao Zejun bildirib ki, 15 ildən artıq müddətdə Azərbaycanda fəaliyyət göstərən şirkət Azərbaycanı və bu xalqı dünyada tanıtmaqla daha irəli aparmaq məqsədi ilə layihəni reallaşdırmağı qərara alıb:

“1987-ci ildə yaranan Huawei fəaliyyət göstərdiyi müxtəlif sahələrdə bir sıra sosial layihələri icra edib. 2014-cü ildə şirkətimiz 5,5 mlrd. dollar gəlir əldə edib. Ötən il Çinə səfər edən Azərbaycanın ölkə başçısı şirkətin baş ofisinə baş çəkib. Bu, Azərbaycanda ilk layihəmiz olmasa da, ən böyük sosial layihələrdən biri olacaq. Bu, sadəcə bir başlanğıcdır. Şirkət olaraq Azərbaycanda birgə bir çox təşəbbüsləri həyata keçirəcəyik”.

Layihənin istiqamətlərindən danışan C.Zejunun sözlərinə görə, Huawei artıq Naxçıvanda “Gözəl düşünən beyinlər” layihəsinin bir hissəsi olan “Seeds for the Future” proqramına başlayıb:

“Naxçıvandan 6 tələbə Çində yerləşən Huawei mərkəzlərində keçirilən praktika üçün seçilib. Layihənin “Gözəl təbiət” istiqaməti üzrə Azərbaycan təbiətinin zənginliyi, fərqliliyi və gözəlliyi nümayiş olunacaq. Layihənin foto yarışının qalibləri şirkət tərəfindən mükafatlandırılacaq. “Gözəl xalq” layihəsində məqsəd Azərbaycan xalqının həyat hekayələrini paylaşaraq, daxili gözəlliklərini üzə çıxarmaqdır. “Gözəl mədəniyyət” layihəsi çərçivəsində isə Azərbaycanın müxtəlif güşələrində mədəni və əyləncəli tədbirlər təşkil olunacaq”.

Daha sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, hazırda Nazirlik tərəfindən Azərbaycanda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi üçün yenilənmə işləri aparılır:

“Artıq ölkədə fəaliyyət göstərən hər üç mobil operatora 4G şəbəkəsinin genişləndirilməsi üçün lisenziyalar verilib. Bu gün Azərbaycanın ən ucqar əraziləri belə gözəlləşir, inkişaf edir. Bu layihə ilin sonunda yekunlaşanda artıq biz proqramın necə əhəmiyyətli olduğunu görəcəyik. Huawei nəinki Azərbaycan, ümumiyyətlə dünya bazarında da öz layiqli yerini tutub. Bu işdə zəhməti olan şirkətlərə və hər kəsə təşəkkür edirəm”.

Çinin Azərbaycandakı səfiri Honq Jiuyin öz növbəsində vurğulayıb ki, iqtisadiyyatın inkişaf etməsi üçün iki ölkə arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək lazımdır:

“Çinlə Azərbaycan arasında dostluq münasibətləri 25 il əvvəl qurulub. Huawei Azərbaycanda fəaliyyət göstərən ilk Çin şirkətlərindən biridir. Bu layihənin əsas məqsədi Azərbaycanı, onun mədəniyyətini, təbiətini, xalqını dünya ictimaiyyətinə çatdırmaqdır. Biz inanırıq ki, bu layihə çox uğurlu olacaq, nəticədə Azərbaycana daha çox Çin şirkətləri cəlb olunacaq”.

Bakcell prezidenti Nikolay Bekers hər iki şirkətin birgə bir çox layihə və təşəbbüsləri həyata keçirdiyini deyib:

“Hesab edirəm ki, sosial məsuliyyət hər bir şirkətin ən öndə duran məqsədi olmalıdır. Biz bu layihə çərçivəsində Azərbaycanın zəngin tarixini, mədəniyyətini, ənənələrini tanıdacağıq. Layihəmizi dəstəklədiyi üçün Azərbaycan hökuməti və Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, 170 ölkədə nümayəndəliyi olan Huawei 500 şirkətin yer aldığı qlobal siyahıda 200-cü yerdədir. Hazırda şirkətin dünya üzrə 176 min işçisi var.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir

22-11-2018

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023

Huawei Azərbaycanda akademiya açır

18-04-2016

Huawei Azərbaycanda texnologiyanın inkişafına dəstək verəcək

14-10-2019

Huawei və Bakcell tələbələri həvəsləndirir

19-10-2015

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

11-09-2024

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024

"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

24-06-2019

Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

30-05-2017

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016

Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

05-12-2018

Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

05-08-2025

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

26-02-2018

Prezident Huawei şirkətinin Sərgi Mərkəzində

10-12-2015

Azərbaycan Huawei şirkəti ilə daha böyük İKT layihələrə başlayır

25-12-2015

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015

Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

26-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə