Previous Next
Bağla

Bakıda kibertəhlükəsizlik ilə bağlı beynəlxalq konfrans keçirilir-Fotolar

13-04-2015 11:07
Bakıda kibertəhlükəsizlik ilə bağlı beynəlxalq konfrans keçirilir-Fotolar

Bakıda “İnformasiya əsrində milli təhlükəsizlik: İnformasiya Kommunikasiya Texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfrans keçirilir.

Xəbərlər-in məlumatına görə, tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 Xarici İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə həyata keçirilən “Azərbaycanda kibercinayətkarlıqla mübarizə və onun qarşısının alınması” layihəsi çərçivəsində baş tutur. Tədbirin məqsədi hökumət, özəl, qeyri-kommersiya təşkilatları daxilində kibertəhlükəsizlik sahəsində yeni nailiyyətlərlə bağlı ümumi məlumatlılığın artırılması və beynəlxalq əməkdaşlıqdır. 

Konfransda Azərbaycandakı 30 dövlət və özəl təşkilatlardan 80-dən çox nümayəndə, o cümlədən kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertlər iştirak edir.

Moderatorluğunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin etdiyi konfransda ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jaap Ora çıxış edib. Çıxışlar zamanı kibertəhükəsizliyin təmin olunmasında beynəlxalq əməkdaşlığın vacibliyi, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər və dünyanın qarşılaşdığı kibertəhdidlər barədə danışılıb. Daha sonra tədbir panel çıxışları ilə davam etdirilib.

 Xatırladaq ki, tədbir ATƏT-in layihə əlaqələndiricisinin Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə həyata keçirdiyi layihənin bir hissəsidir. 

Konfrans 2 gün davam edəcək. 

Tədbir ADA Universitetində təşkil olunub. 

 

Məltəm Talıbzadə

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bugünkü kibertəhlükəsizlik  ilə  bağlı konfrans başa çatdı

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015
ABŞ səfiri: “Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir”

ABŞ səfiri: “Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir”

13-04-2015
“Women in Cyber” Beynəlxalq Konfransı keçirilir

“Women in Cyber” Beynəlxalq Konfransı keçirilir

11-10-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

16-03-2023
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

19-09-2024
Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

27-04-2017
NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05-03-2021
Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019
Yuri Qusev: Ukrayna kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

Yuri Qusev: Ukrayna kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

19-09-2024
“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
XRİTDX beynəlxalq tədbirdə iştirak edib

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə