Düşünürəm ki, bu gün hamımız, xüsusilə İslamabad sakinləri, ümumilikdə isə Pakistan xalqı üçün möhtəşəm bir mərkəzin açılışı münasibətilə bir araya gəlməyimiz çox əlamətdar hadisədir. “ASAN xidmət”in yaradılması Azərbaycan Respublikasının Prezidenti, mənim çox əziz qardaşım İlham Əliyevin böyük dəstəyi olmadan mümkün olmazdı.
Xeberler.az məlumat verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif deyib.
“Ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda “ASAN xidmət” mərkəzini ziyarət etdik. Həmin mərkəz həqiqətən fenomenal idi, son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Bu gün artıq buradayıq. “ASAN xidmət” rəhbərliyi və nümayəndə heyəti də buradadır. Onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Fürsətdən istifadə edərək, Prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Mərkəz bu gündən fəaliyyətə başlayıb və inşallah, biz onu genişləndirəcək, Pakistanın digər bölgələrində də yeni mərkəzlər yaradacağıq”, - deyə Baş nazir Məhəmməd Şahbaz Şərif vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları