Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-Akdeniz 2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində iki komanda (“BSU Creativity Workz” və “ESST-6”) ilə təmsil olunur.
Xeberler.az bildirir ki, festivalın “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxan “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsində əşyaların interneti (IoT) texnologiyasındakı innovativ sistem vasitəsilə əkin sahələri, tarlalar və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə 20-dən çox parametrin, o cümlədən torpaq nəmliyi, UV miqdarı, temperatur, torpaqdakı duzlaşma, pH dəyəri, CO₂ səviyyəsi və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkün olacaq. Bundan əlavə, sahibkarlar bu parametrləri uzaqdan idarə etməklə, aqrar sahədə insan əməyini və maddi resursları minimuma endirə biləcəklər. Layihə, həmçinin kənd təsərrüfatı sahələrini kamera nəzarəti altında saxlamaq, səmərəliliyi və davamlılığı artırmaq, ətraf mühitin təsirlərindən qorumaq, pul və vaxta qənaət etmək, kənd təsərrüfatında insan əməyini azaltmaq məqsədlərini daşıyan multidisiplinar bir məhsul kimi təqdim edilib. Bununla zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.
Layihə sintezlənmiş super absorbent polimer (SAP) hidrogellərlə parklar və magistral yol kənarındakı yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmliyini tənzimləyə bilən bir sistemin inkişafını da nəzərdə tutur.
“TEKNOFEST-2024”ün finalına yüksələn ikinci BDU komandası “ESST-6” isə “E-tarım sulama” layihəsi ilə təmsil olunur. Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksəkkeyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək “TEKNOFEST-Akdeniz 2024”ün finalında 1270 komanda, 6514 finalçı yarışır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri