AMEA İnformasiya Texnologiyaları İnstitutunda Big Data problemləri üzrə elmi-tədqiqatlar davam etdiriləcək.
AMEA-dan Xeberler.az-a verilən məlumata görə, bu barədə 1 saylı şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxış edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova bildirib.
Məfkurə Hacırəhimova deyib, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesində Big Data sisteminin konseptual, arxitektur, qərar qəbuletmənin əsas komponenti kimi Big Data, biznes analitikası və əməliyyat verilənlərinin intellektual analizi texnologiyalarının inteqrasiyası və konvergensiyası üçün modellərin işlənməsi üzrə araşdırmalar davam etdirilir.
Onun sözlərinə görə, dünyanın Big Data çağırışları – beynəlxalq təşkilatların Big Data-ya baxışları, inkişaf etmiş dövlətlərin Big Data siyasəti, Azərbaycanda Big Data-nın tədqiqi və tətbiqi üzrə təklif və tövsiyələrin işlənməsi istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur.
O bildirib ki, bu şöbədə böyük verilənlərdə gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud problemlər tədqiq olunacaq. Həmçinin verilənlər elminin (Data Science) tədrisində dünya təcrübəsinin öyrənilməsi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması planlaşdırılır.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran Məfkurə Hacırəhimova bu istiqamətdə neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihəsi üzrə elmi-tədqiqatların davam etdiriləcəyini söylədi.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi bildirib ki, Big Data məsələləri üzrə Koreyanın Elektronika və Telekommunikasiya Araşdırmalar İnstitutu (Electronics and Telecommunications Research Institute – ETRI) ilə əlaqələrin qurulması istiqamətində yerinə yetirilən işlər davam etdiriləcək.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev XXI əsrin yeni çağırışı olan Big Data problemləri üzrə aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Akademik Big Data-nın qiymətləndirilməsində indikatorlar, Big Data-nın makroanalitikası, dünya üzrə reytinqi, fəlsəfəsi, Data Science-in dünya üzrə ali məktəblərdə tədrisi və Big Data-nın vizuallaşdırılmasında semantikanın təyininin daha geniş şəkildə araşdırılmasını tövsiyə edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri