Previous Next
Bağla

Bu il İKT, innovasiyalar və rəqəmsallaşma sahəsində ən yaddaqalan hadisələr:VPN,“Twitter” ,"Telegram"

28-12-2020 19:39
Bu il İKT, innovasiyalar və rəqəmsallaşma sahəsində ən yaddaqalan hadisələr:VPN,“Twitter” ,"Telegram"

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 2020-ci ildə Azərbaycanın İKT sektorunda innovasiyalar və rəqəmsallaşma sahəsində baş verən ən mühim və yaddaqalan hadisələri açıqlayıb.

Xeberler.az bildirir ki, o, yaddaqalan hadisələri belə sıralayıb:

1. 2020-ci ilin ən yaddaqalan hadisəsi Vətən müharibəsi başlayan gündə İnternetin və sosial medianın hərbi vəziyyətə uyğun olaraq məhdudlaşdırılması və bundan dolayı “VPN”-nin məşhurlaşması oldu.

Yeri gəlmişkən, müharibə zamanı Azərbaycandilli sosial medianın vahid məqsəd uğrunda yumruq kimi birləşərək orduya dəstək verməsi, ümumiyyətlə, sosial medianın bir ictimai platforma olaraq ciddi inkişaf etməsi, “Twitter” və “Telegram”ın da sürətli inkişafı yaddaqalan məqamlardandı.

2. Ən yadda qalan hadisələrdən biri də 20 il ölkəmizin işğal olunan ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” operatorunun fəaliyyətinə son qoyulması oldu.

3. Bu il digər yadda qalan layihə bütün ölkə üzrə, bütün təhsil pillələrində distant (müəyyən məsafədən keçirilən təlim-tədris sistemi) təhsil sisteminin işə salınması oldu.
Milyonlarla təhsil alan və təhsil verənlər COVID-19 la bağlı tətbiq edilən karantin rejimi səbəbindən təhsil xidmətini “Microsoft Teams”, TV və digər sosial resurslar üzərindən reallaşdırmaq məcburiyyətində qaldı.

Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəsisələri üçün tövsiyə edilən, hələlik ölkədə yeganə rəqəmsal platforma olan “Microsoft Teams” lokallaşdırılaraq Azərbaycan dilinə tərcümə edildi.

4. Ən yadda qalan layihlərdən biri də, karantinlə bağlı icazə sistemi və 8103 qısa SMS xidməti oldu.

Cari ilin əvvəlində “ASAN xidmət” və DİN İcaze.e-gov.az və 8103 SMS xidmətini qısa zamanda işə salaraq milyonlarla insanın iş icazəsi və karantinn zamanı yaşayış yerini tərk etməsini tənzimləyə bildilər. Karantində digər bir neçə faydalı həllər də oldu.

Təəssüf ki, karantin müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial resursu gözləntiləri doğrultmaması ilə yadda qalıb.

5. Cari ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) "Hökumət buludu"na keçidi sürətləndirdi. Keçid planı təsdiqləndi. Bütün dövlət qurumları öz İT resurslarını növbəti illdən NRYTN Data Mərkəzinə miqrasiya etməlidir. Bu addım hökumət tərəfindən büdcə xərclərini optimallaşdırmaq üçün atılıb.

6. Ölkənin ən nəhəng dövlət telekommunikasiya operatorları və şirkətlərinin, “Aztelekom”, “Baktelecom” və “AzİnTelekom”un, o cümlədən onun tərkibində olan “Azercell”in cari ildə Prezident Fərmanı ilə yaradılan Holdinqin idarəetməsinə verilməsi də yaddaqalan və diqqət cəlb edən hadisə olub

7. “Azərkosmos” müharibə zamanı daha effektiv fəaliyyəti, öz xidmətlərini genişləndirməsi və güclənməsi ilə yadda qalıb.

8. Təəssüf ki, cari ildə eGov və e-xidmətlər sahəsində, dövlət resurslarının inteqrasiyası sahəsində, innovasiyalar sahəsində, startap ekosistem sahəsində ciddi ictimai əhəmiyyət kəsb edən, yadda qalan layihələr olmayıb.

Doğrudur, bir neçə rəqəmsal həllər yaradılıb. Amma eGov-un fundamental problemləri öz həllini tapmayıb, regional eGov yerindən tərpənməyib.

Həm NRYTN İnnovasiya Agentliyi və həm də ASAN dünyanın aparıcı "500 startups" akselerasiya qurumu ilə memorandum imzalayıb.

Amma əsas hüquqi sənəd, vençur maliyyələşmə və “Vençur fondlar haqqında” Qanun layihəsini cari ildə də ortaya çıxara bilməyiblər.

Kosmetik, epizodik, elə də ciddi əhəmiyyət kəsb etməyən, adında "inno" sözü olan bəsit onlayn tədbirlər təşkil olunsa da, "İnnovasiyaların inkişafı haqqında Strategiya" indiyədək də hazırlanmayıb.

 

 

 

İnnovasiyalar Agentliyinin bu il də əhəmiyyətli layihələri gözə dəymədi.

Startap Şəhadətnamələrin verilməsi üçün meyarların hazırlanması öz həllini tapmayıb.

Şəxsiyyət vəsiqələrində e-imzanın aktiv edilməsi bu il də reallaşmayıb. DRONLARIN qeydiyyatı və istifadəsi Qaydaları cari ildə də hazırlanmayıb.

9. Keyfiyyətli internet xidmətinə əlçatanlıq problemi bu il də öz həllini tapmaması ilə yadda qaldı. Sadəcə, NRYTN tabeliyində dövlət provayderləri bu istiqamətdə məhdud çərçivədə müəyyən işlər görüblər.

NRYTN 2014-cü ildə dondurulan, bütün ölkə üzrə "Hər evə optika" layihəsini yeniləyib hökumətə təqdim etməyib.

Regionlarda və xüsusən kəndlərdə genişzolaqlı internet əsasən, köhnə mis telefon xətti üzərində "oturan" ADSL xidmətindən ibarətdir.

Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə Qaydaları da cari ildə qəbul edilməyib.

10. İnformasiya təhlükəsizliyi, informasiya müharibəsi sahəsində müəyyən uğurlar əldə edilib.

Xüsusilə də müharibə zamanı dezinformasiyanın və düşmənin kiber hücumlarının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, informasiya sahəsində atılan addımları uğurlu hesab etmək olar.

Müharibə zamanı vacib anda XİN-nin rəsmi internet resursunun müəyyən müddət çökməsi və MSK-dan vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi də yaddaqalan məqamlar olub.

Cari il başlayan anda kirayə mənzil qeydiyyatı ilə bağlı "Elektron ipoteka və kredit zəmanət" sisteminin çökməsi də ən yaddaqalan hadisələrdən olub.

Bununla belə, bəzi konseptual hüquqi məsələlər bu il də həllini tapmayıb.

İnformasiya Təhlükəsizliyi haqqında və Kibertəhlükəsizlik haqqında nəzərdə tutulan Strategiyalar qəbul edilməyib.

DTX və DİN arasında kibercinayətlərlə bağlı səlahiyyətlər konkretləşməyib.

11. Hər il keçirilən İKT sərgisi karantin səbəbindən bu il keçirilməyib.

12. 2020-ci ildə öz həllini tapmalı olan İKT sektorunda tənzimləyici qurum problemi hələlik açıq qalıb. NRYTN tabeliyindəki nəhəng qurumların Holdinq idarəetməsinə verilməsi ilə bu məsələnin həllində yeni yanaşmalar üzə çıxıb.

13. Ötən ilin ən böyük hadisələrindən olan “AzerTelecom” şirkətinin Rəqəmsal İpək Yolu layihəsinə cari ildə Gürcüstan tərəfindən müvəqqəti çətinliklərin yaradılması ilə yadda qaldı.

Məlum olduğu kimi, Gürcüstan hökuməti Qara dənizin dibi ilə optik xəttə sahib olan “Caucasus Online” şirkətinin səhmlərinin Azərbaycan şirkəti tərəfindən alınmasına əsassız olaraq etiraz edib, hətta bununla bağlı qanunvericiliyə dəyişiklik edib. Hazırda bu məsələnin həlli istiqamətində beynəlxalq müstəvidə işlər aparılır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2022-ci ildə Azərbaycanın İKT sahəsində baş verənlər- Təhlil

30-12-2022

2023-cü ilin yekunu və yaddaqalan hadisələr

28-12-2023

Rəqəmsal inkişaf və elektron hökumət quruculuğu : İKT sahəsində yaddaqalan məqamlar

28-12-2021

Osman Gündüz: 2024-cü il nə ilə yadda qaldı?

29-12-2024

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

Azərbaycan hansı İT hadisəsi ilə yadda qaldı? - Nəticə

31-12-2014

Saytımızın təbriki!!!

31-12-2008

Ekspert: Uzun illər boyu qəbul edilməyən hüquqi aktlar bu il də qəbul edilmədi

29-12-2020

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

2014-cü ildə Azərbaycanda ən yadda qalan İT hadisəsi- SORĞU

26-12-2014

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

İKT sektorunda 2025-ci ilin yekunu və yaddaqalan hadisələr - Təhlil

23-12-2025

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

2016-cı il ölkənin İKT sektorunda nə ilə yadda qaldı? –İcmal

28-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə