Previous Next
Bağla

Rəqəmsal inkişaf və elektron hökumət quruculuğu : İKT sahəsində yaddaqalan məqamlar

28-12-2021 14:50
Rəqəmsal inkişaf və elektron hökumət quruculuğu : İKT sahəsində yaddaqalan məqamlar
 
2021-ci ilin geridə qalmasına sayılı günlər qalıb. Bu il bir çox sahələrdə olduğu kimi İKT sektorunda, Azərbaycan İnternetində və rəqəmsal hökumətə keçid sahəsində də maraqlı və mühüm hadisələrlə yadda qaldı.
 
Bu il nə kimi hadisələrlə yadda qaldı, hansı hadisələr baş verdi? 
 
Xeberler.az bildirir ki, ilin ən yaddaqalan hadisəsi şübhəsiz ki, cari ilin əvvəli, Prezident İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli sərəncamı ilə Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) təyin etməsi olub.
 
Daha bir əhəmiyyətli hadisə isə İKT sektorunda ilk dəfə olaraq tənzimləyici qurumun yaradılması olub.
 
Belə ki, Prezidentin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb və Nazirliyin tabeliyində telekommunikasiya sektorunu tənzimləməli olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb.
 
Hələlik quruma rəhbər təyinatı olmayıb, Əsasnamələri və strukturu təsdiqlənməyib.
 
Uzun illər fəaliyyətsiz qalan İnnovasiyalar Agentliyinin də Prezidentin yuxarıda adı çəkilən fərmanı ilə ləğv edilərək onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaratması da diqqət çəkən hadisə olub.
 
Prezidentin radiotezliklər sektorunun mülkiləşdirilməsi istiqamətində 2021-ci il 4 may sərəncamı ilə Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması, quruma Rəşad Nəbiyevin sədr təyin olunması da yaddaqalan olub. Bununla da uzun illərdən bəri “Generallar Komissiyası” adlanan, daha çox hərbi-inzibati yönümlü qurumun fəaliyyətinə son qoyulub.
 
Dövlət sektorunda informasiya təhlükəsizlyinə cavabdeh qurumun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin formalaşması, kritik informasiya sistemləri sahəsində əlavə səlahiyyətlər əldə etməsi diqqət çəkən məsələ olub. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Strategiya bu il də qəbul edilməyib.
 
Cari ildə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurumun, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin uzun illər rəhbəri olan Faiq Fərmanov da vəzifəsindən azad edilmiş və onun yerinə özəl sektordan olan Şahin Əliyev təyin edilmişdi.
 
Qarabağda, işğaldan azad edilən Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin gerçəkləşməsinə start verilməsi, bir çox xarici şirkətlərin bu prosesə cəlb edilməsi də yaddaqalan işlərdən olub.
 
Prezident 19 aprel 2021-ci il tarixdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında sərəncam verib. Hələlik Konsepsiya təsdiqlənməyib.
 
Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 2021-ci il 27 aprel tarixli Fərmanı da yadda qalan olub. RİNN rəsmiləri Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının hazırlanaraq hökumətə təqdim edildiyini bildirib, hələlik konsepsiya təsdiqlənməyib.
 
Prezidentin 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos”, "Aztelekom”, AzInTelecom, "Azərpoçt” və "Bakı Telefon Rabitəsi” qurumlarının Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılması da yaddaqalan olub.
 
Hazırda Aztelekom-da regional idarəetməyə keçid prosesi gedir. Bir neçə gün öncə quruma xarici vətəndaşın baş direktor təyinatı da olub.
 
Gözləntilərə görə növbəti ilə Baktelekom və Aztelekom əsasında ölkə üzrə vahid dövlət operatorunun yaradılması nəzərdə tutulub
 
Keyfiyyətli internet xidmətinə əlçatanlıq problemi indiyədək öz həllini tapmayıb. RİNN-in yeni rəhbərliyi problemin həlli üçün cari ilin əvvəlindən yeni yanaşma tətbiq edib. Belə ki, hazırda Bakı ətrfaı və regionlarda “dövlət özəl tərəfdaşlığı” çərçivəsində, özəl provayderləri də cəlb etməklə GPON texnologiyası ilə fiber optik infrastrukturun qurulması prosesi gedir.
 
Regionlarda və Bakı ətrfaında dövlət və özəl sektora məxsus çoxsaylı briqadalar işləyir.
 
Nazir 2023-cü ilin sonunadək ölkə üzrə internet probleminin tamamilə həll olunacağını bir neçə dəfə açıqlayıb.
 
BakuTel sərgisinin bu il də keçirilməməsi yaddaqalan hadisələrdən biridir. RİNN rəsmiləri qeyri-rəsmi olaraq bu sərginin bir neçə ildən bir keçiriləcəyini vurğulayıb.
 
Rəqəmsal hökumətə keçid istiqamətində müəyyən addımlar atılıb. Regional hökumət qurucluğuna start verilib, pilot qaydada bir neçə icra hakimiyyətinin xidmətləri elektronlaşdırılıb.
 
Elektron hökumət sektorundakı köklü problemlər həll edilməyib. Xüsusən də dövlət qurumlarının informasiya sistemlərinin inteqarsiyası ilə bağlı Prezidentin fərmanı icra edilmədiyindən bir çox dövlət qurumları hələ də bir –birilərinin elektron sənədlərini tanımırlar.
 
VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi Estoniyanın X-Road sistemi əvəzinə ASAN Bridge sisteminin qurulmasını başa çatdırdığını bildirsə də, müşahidələr göstərir ki inteqrasiya başa çatmayıb, elektron formada olan səndələrin çap edilərək yenidən notarial təsdiqinin tələb edilməsi praktiksaı bu il də davam edib.
 
VXSİ Dövlət Agentliyinin eGov sahəsində koordinasiya işləri də ləng olub. COVİD pasportlarımızın xarici ölkələrdə tanınmaması da cari ildə diqqət çəkən məsələ olub.
 
RİNN dövlət resurslarının Hökumət Buluduna miqrasiyasını başa çatdıra bilməyib və bu səbəbdən də xərclərin optimallaşması gerçıəkləşməyib.
 
Cari ildə Mobil Notariat, Smart Customs kimi mobil həllər kütləvi istifadə və faydalılıq baxımından yaddaqalan olub.
 
Azərbaycan İnternetində cari ildə ən yaddaqalan hadisələrdən biri də ilk dəfə olaraq internetdə lisenziyalaşmanın təbiqinin nəzərdə tutulması, onlayn medianın tənzimlənməsi olub.
 
Belə ki, hazırda Milli Məclisdə 3-cü oxunuşa verilən Media haqqında qanun layihəsində İnternetTV-lərin lisenziyalaşması da nəzərdə tutulub.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2022-ci ildə Azərbaycanın İKT sahəsində baş verənlər- Təhlil

30-12-2022

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

2023-cü ilin yekunu və yaddaqalan hadisələr

28-12-2023

Bu il İKT, innovasiyalar və rəqəmsallaşma sahəsində ən yaddaqalan hadisələr:VPN,“Twitter” ,"Telegram"

28-12-2020

Osman Gündüz: 2024-cü il nə ilə yadda qaldı?

29-12-2024

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

"Teknofest" və sektordakı problemlər

24-05-2022

Prezidentin icra edilməyən tapşırıqları-SİYAHI

23-08-2023

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

13-03-2025

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023

Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

28-12-2021

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

21-08-2025

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanacaq

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə