Previous Next
Bağla

2022-ci ildə Azərbaycanın İKT sahəsində baş verənlər- Təhlil

30-12-2022 23:10
2022-ci ildə Azərbaycanın İKT sahəsində baş verənlər- Təhlil
2022-ci  Azərbaycanın İKT sahəsində də bir çox maraqlı hadisələrlə yadda qaldı. 
 
Xeberler.az rəqəmsal sektorda, elektron hökumət quruculuğunda, innovasiya və startap ekosistemdə ən yaddaqalan hadisələri təqdim edir.
 
Ötən ildə sektorun ən yaddaqalan hadisəsi şübhəsiz ki, "Microsoft Azərbaycan" ofisinin bütün əməkdaşlarının işdən çıxarılması və ofisin ölkədaxili fəaliyyətinin dayandırılması olub.
 
Sektorun ən yaddaqalan digər bir hadisəsi də Prezidentin fərmanı əsasında eGov səlahiyyətlərinin ASAN-dan alınaraq yenidən RİNN-ə verilməsi olub.
 
Düşünmək olar ki, sektorun ən diqqətçəkən məsələlərindən biri də İT şirkətlərə, bu sahədə çalışan yerli və xarici vətəndaşlara vergi, gömrük, sosial və miqrasiya güzəştlərinin qəbulu olub.
 
Daha bir əhəmiyyətli hadisə isə RİNN tabeliyində İKT sektorunun iki yeni Agentliyinin yaradılması və fəaliyyətə başlaması olub. Nizamnamələri cari ildə təsdiqlənən, əvvəlki İnnovasiyar Agentliyi əsasında yaradılan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi artıq fəaliyyətə başlayıb. Sektorda tənzimləyici funksiyanı yerinə yetirəcək İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi isə hazırda formalaşma mərhələsindədir.
 
Ötən ildə bütün ölkə üzrə fiber optik internet infrastruktur quruculuğunun, həmçinin məktəblərin fiber optik internet təminatının əvvəlki illərə nisbətən bir neçə dəfə sürətlənməsi də diqqətçəkən olub.
Son günlər 85 milyon kredit də əldə edən RİNN dövlət-özəl tərəfdaşlıqla bu məsələni 2024-də bitirməyi hədəfləyib. RİNN Aztelekom və Baktelekom dövlət operatorlarını birlışdirmək niyyətini açıqlasa da hələlik bu reallaşmayıb. Antiinhisarın Aztelekom və Baktelekoma qarşı tarif manipulyasiyası ilə bağlı antiinhisar iş qaldırması da diqqətçəkən olub.
 
RİNN, Paşa Holdinq və digər özəl qurumlar, fərdi investorlar tərəfindən startaplara dəstək məqsədilə 11 milyonluq büdcəyə malik "Caucasus Ventures" vençur fondunun yaradılması da yaddaqalan olub. KOBİA tərəfindən Startap şəhadətnaməsinin verilməsi davam etdirilib, cari il ərzində təxminən 60 quruma Startap şəhadətnaməsi verilib.
 
Dövlət sektorunda informasiya təhlükəsizlyinə və kibertəhlükəsizliyə, kritik infrastrukturun güclənməsinə diqqətin artması, DTX və XRİTDX-nin yeni səlahiyyətlər əldə etməsi ilə yaddaqalan olub.Sektora cavabdeh quruma, XRİTDX-nə yeni rəhbər təyin edilib. Daha çox hərbi və məxfi təyinatlı olan qurum media və cəmiyyət üçün daha əlçatan olacağını açıqlayıb.
 
İl ərzində kibertəhlükəsizlik sektorunda ictimai institutlaşma da güclənib. Bununla belə MİDA sisteminin bir neçə dəfə çökməsi də sektorda bəzi problemlərin də olması ilə yadda qalıb. Cari ildə XRİTDX Naxçıvanın dövlət sektorunu Gov.az zonasına da daxil etməyə başlayıb. Qurumun cavabdeh olduğu " İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəszilik haqqında" Strategiyanın hazır olduğu bildirilsə də indiyədək təsdiqlənməyib.
 
Rəqəmsal bacarıqların və İKT sahəsində kadrların hazırlanması sahəsində işlərin canlanması da cari ildə diqqətçəkən olub. Bu sahədə bir sıra universitetlər, RİNN, Elm və Təhslil Nazirliyi, XRİTDX, ASAN özəl sektorla birgə qeyd olunan sahədə layihələrə start verib. Ötən ldə İT üzrə ali məktəbə daxil olanlar üçün kimya əvəzinə informatikadan imtahanın daxil edilməsi də uşaqlarda, məktəblərdə,valideynlərdə , ETN və DİM-də İnformatikaya diqqətin artması ilə yadda qalıb.
 
Rəqəmsallaşma ilə əlaqəli cəmiyyətin diqqət mərkəzində olan bir çox hüquqi sənədlərin təsdiqlənməməsi də diqqət cəlb edib. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası, "İnnovasiyaların inkişafı haqqında Strategiya", dronların qeydiyyatı və istifadəsi Qaydaları, Vençur maliyyələşmə və vençur fondlar haqqında Qanun, Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə Qaydaları, Distant təhsilin təşkili Qaydaları və s. bu il də qəbul edilməyib.
 
Azərbaycan rəqəmsal və innovasiya sektorunda bir neçə beynəlxalq reytinqdə geriləməyi ilə yadda qalıb.
Azərbaycan BMT-nin eGov ilə bağlı reytinqində 13 pillə, İnnovasiya İndeksində 13 pillə , həmçinin Kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə də geriləyib.
 
RİNN dövlət resurslarının Hökumət Buluduna miqrasiyasını cari ildə də başa çatdıra bilməyib və bu səbəbdən də xərclərin optimallaşması gerçıəkləşməyib.
Bir çox dövlət qurumları data emalı ilə bağlı paralel strukturlar yaratmaqla diqqəti cəlb edib.
 
RİNN-in SİMA rəqəmsal imzasının inteqrasiyasının və əhatə dairəsinin sürətlənməsi də diqqət cəlbedən olub.
 
RİNN cari ildə radiotezlik sektorunda yeni səlahiyyətlər əldə edib. İran və Azərbaycan arasında tezliklərin razılaşdırılması problemi hələlik tam həllini tapmayıb.5G məsələlərinə, lisenziyalaşma və bu tezliklərin hansı üsulla mobil operatorlara veriləcəyinə bu il də aydınlıq gətirilməyib.
 
Ötən ildə Mobil Notariat, Mobil Əhali, Smart Customs kimi hökumət mobil həlləri kütləvi istifadə və faydalılıq baxımından yaddaqalan olub.
 
Azərbaycan sosial media sektorunda TikTok-un fəallaşması, qurumun rəhbərlərinin ölkəmizə səfərləri də yaddaqalan olub.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2023-cü ilin yekunu və yaddaqalan hadisələr

28-12-2023

Rəqəmsal inkişaf və elektron hökumət quruculuğu : İKT sahəsində yaddaqalan məqamlar

28-12-2021

Osman Gündüz: 2024-cü il nə ilə yadda qaldı?

29-12-2024

Bu il İKT, innovasiyalar və rəqəmsallaşma sahəsində ən yaddaqalan hadisələr:VPN,“Twitter” ,"Telegram"

28-12-2020

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ekspert: Uzun illər boyu qəbul edilməyən hüquqi aktlar bu il də qəbul edilmədi

29-12-2020

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

İKT sektorunda 2025-ci ilin yekunu və yaddaqalan hadisələr - Təhlil

23-12-2025

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023

RİNN ötən ilki hesabatını niyə açıqlamır?

09-02-2024

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb

02-02-2024

Saytımızın təbriki!!!

31-12-2008

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

"Teknofest" və sektordakı problemlər

24-05-2022

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə