Previous Next
Bağla

Bu proqramla valideynlər övladlarını izləyəcək

27-11-2017 12:29
Bu proqramla valideynlər övladlarını izləyəcək

Azercell-in, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan Uşaq Qaynar Xətti xidmətinin mobil əlavəsi istifadəyə verilib.

Xeberler.az bildirir ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Ümidli Gələcək İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytların və smartfonlar üçün tətbiqlərin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin istifadəyə verilməsinə ehtiyac duyur:

 “2010-cu ildə şirkətimizin dəstəyi ilə yaradılan Uşaq Qaynar Xətti xidmətinin ötən il Android cihazları üçün mobil əlavəsini istifadəyə verdik. 1 il ərzində bu əlavə nəticəsində uşaqların çətinlikləri, psixoloji durumları ilə daha yaxından tanış olmaq imkanın yarandığını müşahidə etdik. İndi Uşaq Qaynar Xətti-nin mobil əlavəsi həm Andorid, həm də İOS cihazları üçün mövcuddur. Texnologiyaların insan həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda Uşaq Qaynar Xətti xidmətinin mobil əlavə vasitəsilə dünyanın istənilən nöqtəsində əlçatan olmasını zəruri hesab edirik. Onun yaradılması və fəaliyyət göstərməsinə dəstək olmağımız bizim üçün qürurvericidir. Korporativ Sosial məsuliyyət strategiyası çərçivəsində Azercell uşaq hüquqlarının qorunması, uşaqların xoşbəxt yaşamaları üçün ənənəvi tədbirlərinə bundan sonra da önəm verəcək.”-deyə şirkət prezidenti qeyd edib.

Təqdimat mərasimində Ümidli Gələcək İB-nin rəhbəri Nabil Seyidov mobil tətbiqdən istifadə qaydalarını izah edərək bildirib ki, “hisslərimin kitabçası”, “stressini at”, “canlı çat”, “məsləhətçi” və bu kimi bir neçə bölümü olan tətbiq uşaqların üzləşdiyi çətinliklərlə ilkin mərhələdə xəbər tutmağa kömək edir. Tətbiqdə yerləşdirilmiş naviqasiya vasitəsilə uşaqlar daha rahat şəkildə təcili təxirəsalınmaz kömək ala bilərlər.

Tətbiq təkcə fiziki və ya psixiki zorakılıqla üzləşən, fərqli sahələrdə çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulmayıb. Proqram üzərindən valideynlər övladlarının inkişafını izləyə və doğru istiqamətə yönəldə bilərlər.

Çıxışlardan sonra tədbirdə Uşaq Qaynar Xətti xidmətinin fəaliyyətini əks etdirən video sujet yayımlanıb.

Mərasimin sonunda fiziki məhdudiyyətli və Uşaq Qaynar Xətti xidmətindən yararlanan uşaqların iştirakı ilə musiqili çıxışlar təqdim edilib.

Məlumat üçün bildirək ki, Uşaq Qaynar Xətti xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir.

Azərbaycan Uşaq Qaynar Xətti 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə