Previous Next
Bağla

Bütün elektron cihazlar üçün vahid USB Type-C girişi üzrə qanun təsdiqlənib

25-04-2022 21:13
Bütün elektron cihazlar üçün vahid USB Type-C girişi üzrə qanun təsdiqlənib

Avropa Parlamenti Avropa Birliyi ölkələrində satılan cihazlarda USB Type-C standartının vahid şarj girişi kimi istifadə edilməsi təklifini təsdiq edib. 

Xeberler.az bildirir ki, USB Type-CMicro-USB və Lightning kimi şarj girişi standartlarının bütün elektron cihazlar üçün standartlaşdırılması üzrə qanundakı dəyişiklikləri əhatə edən müzakirələr Brüsseldə baş tutub. Müzakirələr çərçivəsində Avropa Parlamentinin daxili bazar və istehlakçıların müdafiəsi komitəsinin üzvləri razılaşıblar ki, Avropa Birliyi ölkələrində satılan smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ oyun konsolları, portativ səsgücləndiricilər və digər elektron cihazlar vahid şarj girişinə sahib olmalıdırlar.

    Smart saatlar, fitnes qolbaqlar və öz kiçik ölçüləri səbəbilə USB Type-C girişinə sahib ola bilməyən digər cihazlar istisna olacaqlar. Həmin cihazlar yeni qanundan azad ediləcəklər. Avropa Birliyi ölkələrində satılan elektron cihazlarda USB Type-C-nin vahid şarj girişi kimi çıxış etməsinin lehinə Avropa Parlamenti komitəsinin 43 üzvü, əleyhinə isə 2 üzvü səs verib. Növbəti mərhələdə bu məsələ ilə bağlı qanunun tərtib və qəbul edilməsi reallaşdırılacaq. Yeni qanun layihəsinin Avropa Parlamentinin may ayında keçiriləcək növbəti plenar sessiyasında təqdim ediləcəyi gözlənilir.

 Gözləntilərə əsasən, Avropa Birliyi regionunda elektron cihazların vahid şarj girişinə keçid etmələri üçün müəyyən vaxt lazım olacaq. Buna görə də sözügedən qanun 2024-cü ildən tez qüvvəyə minməyəcək. Bundan əlavə, 2026-cı ilə kimi Avropa Birliyində naqilsiz şarj texnologiyasının nizamlanması da planlaşdırılır. Vahid şarj girişi standartının müxtəlif cihazlarda istifadəsi nəticəsində istifadəçilər yeni məhsul aldıqları zaman yeni şarj naqili və ya cihazı əldə etməli olmayacaqlar. Avropa Birliyinin verdiyi məlumata əsasən, təkcə şarj cihazları qismində illik elektron tullantıların həcmi 11.000-13.000 ton təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanunu qəbul edilib

Elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanunu qəbul edilib

08-06-2022
Vahid şarj cihazı standartı yaradılır

Vahid şarj cihazı standartı yaradılır

07-07-2009
Vahid şarj cihazı artıq satışda

Vahid şarj cihazı artıq satışda

29-12-2009
 Zolt dünyanın ən kiçik şarj alətini təqdim edib

Zolt dünyanın ən kiçik şarj alətini təqdim edib

07-01-2015
Siqaretin USB-si də olurmuş!!!

Siqaretin USB-si də olurmuş!!!

03-04-2009
Kabelsiz şarj cihazı

Kabelsiz şarj cihazı

25-08-2009
Sürətli Günəş enerjisi yığan  şarj cihazı

Sürətli Günəş enerjisi yığan şarj cihazı

09-10-2009
Dizüstü kompüterlərə USB 3.0 texnologiyası...

Dizüstü kompüterlərə USB 3.0 texnologiyası...

24-12-2009
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

17-11-2025
Delldən ilk kabelsiz şarj edilə bilən notebook

Delldən ilk kabelsiz şarj edilə bilən notebook

21-09-2009
Toshibadan metil spirti ilə şarj edən cihaz

Toshibadan metil spirti ilə şarj edən cihaz

04-11-2009
Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırılıb

Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırılıb

25-07-2023
Dünyanın ən sürətli adaptoru hazırlanıb

Dünyanın ən sürətli adaptoru hazırlanıb

30-07-2020
Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021
Avropa İttifaqında ödənişlər sahəsində yeni qaydalar təsdiqləndi

Avropa İttifaqında ödənişlər sahəsində yeni qaydalar təsdiqləndi

09-10-2015
Avropa Parlamenti "Google"dan imtina edib

Avropa Parlamenti "Google"dan imtina edib

03-06-2026
Kabelsiz şarj edilə bilən dizistü kompüter

Kabelsiz şarj edilə bilən dizistü kompüter

30-09-2009
Dünyanın ən yüngül dizüstü kompüteri

Dünyanın ən yüngül dizüstü kompüteri

28-10-2009
Bu qol saatı həm həqiqidir, həm də casus kameralıdır

Bu qol saatı həm həqiqidir, həm də casus kameralıdır

14-10-2009
Yeni USB 3.0 buraxılacaq

Yeni USB 3.0 buraxılacaq

31-10-2008
Nokia   cihazların   enerji  probleminə son qoyacaq

Nokia cihazların enerji probleminə son qoyacaq

15-06-2009
“Telefonun batareyası bitdi!” dərdinə çarə tapıldı!!!

“Telefonun batareyası bitdi!” dərdinə çarə tapıldı!!!

30-01-2009
Avropa Birliyi rouminq ödənişini ləğv edəcək

Avropa Birliyi rouminq ödənişini ləğv edəcək

02-02-2017
Müəlliflik hüququ haqqında qanunun tətbiqinə dair məruzə təsdiq edilib

Müəlliflik hüququ haqqında qanunun tətbiqinə dair məruzə təsdiq edilib

13-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə