Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026 / 20:27

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.

Xeberler.az məlumat verir ki,görüşdə Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulmasının ölkəmizdə yeni sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətində önəmi vurğulanıb. Eyni zamanda, bu təşəbbüsün yaşıl iqtisadiyyatın inkişafına, sənayenin karbonsuzlaşmasına, resurslardan səmərəli istifadə və dayanıqlı istehsal modellərinin tətbiqinə töhfə verəcəyi qeyd olunub. Bu istiqamətində növbəti addımlar nəzərdən keçirilib, vörkşopların təşkili müzakirə edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb. Bu addım ölkəmizdə sənaye istehsalının karbonsuzlaşmasına, təmiz enerji həllərinin tətbiqinə və dayanıqlı sənaye modelinə keçidin sürətləndirilməsinə xidmət edir. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, hazırda 20 ölkədən 40 sənaye klasterini birləşdirən qlobal əməkdaşlıq platforması olan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü 2021-ci ildən etibarən icra olunur. Azərbaycanın təşəbbüsə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-in koordinasiyası ilə həyata keçirilir və bu tərəfdaşlıq ölkəmizin uzunmüddətli sənaye və iqlim hədəflərinə mühüm töhfə verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə