Previous Next
Bağla

DİM sədri süni intellekt imkanları mövzusunda çıxış edib

15-02-2024 10:41
DİM sədri süni intellekt imkanları mövzusunda çıxış edib

12 – 14 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dünya Hökumətlər Sammiti” başa çatıb.

 Xeberler.az xəbər verir ki, sammitin ikinci günündə “Gələcək hökumətlərin formalaşdırılması” mövzusunda təşkil edilən dəyirmi masada Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə inkişaf etməkdə olan ölkələr üçün süni intellekt imkanlarının genişləndirilməsi mövzusunda çıxış edib.

 M.Abbaszadə vətəndaşlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün Azərbaycanın dövlət qurumları tərəfindən müxtəlif sahələrdə süni intellektin tətbiqi istiqamətində atılan addımları və gələcəyə dair planları, habelə, süni intellektin öyrənilməsi və istifadəsi sahəsində dövlət orqanlarının özəl sektorla əməkdaşlığına dair imkanları Sammit iştirakçılarının diqqətinə çatdırıb. 

Eyni zamanda M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin işinin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün gələcəkdə müəyyən proseslərə süni intellektin inteqrasiyası nəticəsində test tapşırıqlarının hazırlanması, açıq tipli tapşırıqlar üzrə yazılı cavabların oxunması və qiymətləndirilməsi, imtahan prosesinin təhlükəsizliyinin təmin edilməsi, statistik təhlil və analitik hesabatların hazırlanması kimi planlardan danışıb.

 Qeyd edək ki, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdad Mussinin açılış nitqi ilə başlayan dəyirmi masada Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov, Bosniya Herseqovinanın Sarayevo Kantonunun ədliyyə naziri Darya Softik, Sierra Leonenin dövlət idarəçiliyi və siyasi işlər naziri Amara Kallon da daxil olmaqla müxtəlif ölkələrin nümayəndlərinin çıxışları olub. Dəyirmi masa sual-cavab sessiyası ilə yekunlaşıb.

 Xatırladaq ki, “Dünya Hökumətlər Sammiti” dünyanın hər yerindən hökumət liderləri, beynəlxalq təşkilat nümayəndələri və özəl sektor rəhbərlərini bir araya gətirir və beynəlxalq əməkdaşlıq üçün səmərəli mühit yaratmaqla gələcək nəsil hökumətləri gücləndirmək üçün onlara innovativ həlləri müəyyən etməyə imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016
“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026
Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017
Azərbaycan VIII “Dünya Hökumət Sammiti”ndə iştirak edir

Azərbaycan VIII “Dünya Hökumət Sammiti”ndə iştirak edir

30-03-2022
Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

26-09-2022
“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025
 E-markinq sistemi ilə bağlı tədbir keçirilib

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017
Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17-03-2023
“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022
“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat”  mövzusunda ictimai müzakirə keçiriləcək.

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024
DİM-in Direktorlar Şurasının  növbəti iclası keçirilib

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

26-05-2016
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18-06-2026
“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”nə dair Dəyirmi Masa  keçiriləcək

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”nə dair Dəyirmi Masa keçiriləcək

20-11-2009
Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022
Nazir: Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır

Nazir: Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır

16-11-2024
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016
Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

18-06-2026
“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə