Previous Next
Bağla

Dissernet : 3,2 min plagiat dissertasiya aşkar edilib

24-05-2017 11:25
Dissernet : 3,2 min plagiat dissertasiya aşkar edilib

“Dissernet fırıldaqçı, saxtakar və yalançı alimlərlə mübarizə aparan, onları ifşa edən ekspert, tədqiqatçı və reportyorların azad şəbəkə cəmiyyətidir”.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev Xeberler.az-a şəbəkə haqda məlumat verərkən deyib. 

O, qeyd edib ki, bu cəmiyyətin fəaliyyəti, əsasən, Rusiya elm və təhsil müəssisələrində müdafiə edilmiş fəlsəfə və elmlər doktoru dissertasiyalarının ictimai ekspertizasının həyata keçirilməsindən ibarətdir.

“Dissernet-in tarixi haqqında məlumat verən R.Şıxəliyev qeyd edib ki, Almaniyadakı oxşar VroniPlag  layihəsi əsasında yaradılmış bu cəmiyyət 2013-cü ilin yanvar ayında fəaliyyətə başlamyıb.  Həmin il fevralın 20-də isə www.dissernet.org saytı istifadəyə verilib:

“Dissernet-in məqsədi elmi işçilərin qanunla təsbit edilmiş attestasiya qaydalarının, həmçinin elmi dərəcələrin verilməsi qaydaları və reqlamentlərinin kobud şəkildə pozulması hallarının aşkarlanmasıdır. Dissernet həmçinin ekspertiza yolu ilə bu kimi pozuntuların aşkarlandığı dissertasiyaların müdafiəsi nəticəsində alınmış diplomları qanunsuz sayır və ləğv olunmalı olduğunu bildirir”.

R.Şıxəliyevin məlumatına görə, Dissernet-in tədqiqatları Rusiyanın bütün kateqoriyadan olan vətəndaşlarına bərabər şəkildə tətbiq edilir. Cəmiyyətin iştirakçıları öz təşəbbüslərinə əsasən könüllü fəaliyyət göstərirlər.

Dosent qeyd edib ki, Dissertent iki il ərzində 50 min avtoreferat və 12 min dissertasiyanın tam mətnini analiz edib, nəticədə 3,2 min plagiat dissertasiya aşkar edilib.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Tokio Milli İnformatika İnstitutundan Azərbaycan aliminə əməkdaşlıq təklif edilib

01-07-2025

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Şərqşünas alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib

30-05-2022

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017

ADPU-nun e-kitabxanasından ötən il 34 minədək şəxs yararlanıb

08-01-2025

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə