Previous Next
Bağla

Dövlət qurumları İT rəhbərlərinin I zirvə toplantısı keçirilib-Foto

07-02-2023 16:51
Dövlət qurumları İT rəhbərlərinin I zirvə toplantısı keçirilib-Foto

Bu gün Ritz-Carlton otelində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı” keçirilib.

Xeberler.az məlumat verir ki, tədbir ”2023-cü il - Heydər Əliyev ili” çərçivəsində Xidmətin tədbirlər planına uyğun olaraq hazırlanmış və 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunub.

Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunan tədbirdə 73 dövlət qurumu iştirak edib.

Toplantını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general – mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq, 06 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanların həlak olması,yaralanması və dağıntılarla bağlı xəbərin bizləri çox sarsıtdığını bildirərək qardaş Türkiyə xalqına zəlzələ zamanı həlak olanlarla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti adından başsağlığı verdi və yaralıların tezliklə şəfa tapmasını diləyərək bir dəqiqəlik sükutla yad edilməsini elan edib.

Bundan sonra çıxışında Beynəlxalq Təhlükəsiz İnternet gününün Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının 7-sində qeyd olunduğunu bildirib. Təşəbbüsün əsas məqsədinin internetdən təhlükəsiz istifadə edilməsini təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirmək olduğunu vurğulayıb.

Toplantıda sonra Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti-nin idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışıb.

O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan AzStateNet şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi yaradılan yeni "share.gov.az" xidməti və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verib.

Daha sonra, “PaloAlto Networks” şirkətinin region üzrə meneceri Kurşad Demirsoy, Milli Məclis İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı baş idarəsinin baş mütəxəssisi Bayraməli Nəzərov Active Directory istifadəsi zamani müəssisələrdə ortaya çıxa biləcək təhlükəsizlik riskləri və onlarla mübarizə təqdimatlarla çıxış edib.

Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilir

21-02-2025

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

“Dövlət qurumlarının saytlarına 911 milyondan çox zərərli keçid bloklanıb”

02-02-2024

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023

Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

06-06-2024

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

CERT yeni xidmət təqdim edib

19-05-2016

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb

23-09-2023

Dövlət qurumlarında “Anti-DDoS” sisteminin tətbiqinə başlanılacaq

02-02-2024

DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

15-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə