Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı keçirilir.
Xeberler.az bildirir ki, festivalda bir sıra digər qurumlarla yanaşı, AMEA da ziyarətçilərinə onları maraqlandıran texnoloji həllər, məhsul və yeniliklər təqdim edir.
Festivalın ikinci günündə sərgini ziyarət edən Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Müdafiə sənayesi naziri Mədət Quliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın pavilyonu ilə yaxından tanış olublar.
AMEA pavilyonuna baxış zamanı dövlət rəsmilərinə bu qurumda əldə olunan nailiyyətlər, festivalda nümayiş olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, AMEA-da uzun illərdir müxtəlif istiqamətlər üzrə aparılan məqsədyönlü işlərin, fundamental tədqiqatların nəticəsi olan bu yerli innovativ məhsullar müasir texnoloji tələblərə cavab verir.
Dövlət nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təqdim etdiyi mikrokompüterə böyük maraq göstəriblər. İnstitutun baş direktoru, akademik Əli Abbasov müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanmış bu layihə haqqında ətraflı məlumat verib. O, sərgidə nümayiş olunan AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiyalar Parkı” MMC-nin birgə layihəsi olan “Şahin” dronunun imkanları barədə danışıb.
Dövlət rəsmiləri AMEA pavilyonunda təqdim olunan innovativ həlləri yüksək qiymətləndiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri