“Bluetooth SIG” təşkilatı “Bluetooth 4.0” simsiz standartın spesifikasiyasını təsdiqləyib.
“Bluetooth»un yeni versiyası elektrik enerjisinin daha az sərfinə yönəldilib.
Beləliklə, artıq “Bluetooth” modullu qurğu istehsalçıları testləşdirmə və sertifikasiya üçün onun tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə hazırlanmış yeni standart əsasında qurulmuş həllərini təqdim edə bilərlər. Məhz bundan sonra “Bluetooth 4” qurğuları bazara çıxarıla bilər.
Yeni standart öncə simsiz qoşulma modulu ilə təchiz edilməyən yeni növ elektronikada tətbiq edilə bilər. “Bluetooth SIG” standartın tibb texnikasında, idman inventarında və təhlükəsizliyi təmin edən qurğularda istifadəsində perspektiv olduğunu hesab edir.
”Bluetooth 4” spesifikasiyası 2009-cu ilin dekabrında təqdim edilib. Bildirilir ki, standartın yeni versiyası simsiz rabitənin əhatəsini genişləndirəcək, bütün rejimlərdə enerji sərfini azaldacaq, həmçinin az ölçülü batareya ilə bir neçə il ərzində işləyəcək qurğular yaratmağa imkan verəcək.
”Bluetooth 4”ü dəstəkləyən ilk qurğuların bu ilin sonuna kimi bazara çıxarılacağı gözlənilir.
mənbə: APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri